Accessibility links

Çin prezidenti başqa ölkə üzərində dominantlıq niyyətində olmadığını bildirib


Çin prezidenti Şi Cinpinq ölkəsinin heç bir zaman başqa ölkə üzərində dominantlıq etməyə çalışmayacağını vəd edib.

Bazar islahatlarının 40 illiyinə həsr olunmuş mərasimdə çıxışında Şi çoxtərəfli ticarət sistemi və gələcək layihələrə öhdəliyi barədə inamla danışıb.

“Çin heç bir zaman digərlərinin ziyanına öz iqitisadiyyatını inkişaf etdrməyəcək, nə də öz qanuni hüquqlarından və maraqlarından imtina etməyəcək. Çin milli müdafiə siyasətini həyata keçirir ki, bu da təbii bir haldır. Çinin inkişafı heç bir ölkəyə heç bir təhlükə yaratmır. İnkişafda hansı mərhələyə çatmasından asılı olmayaraq, Çin heç bir zaman hegemonluq niyyətində olmayacaq,” deyə Şi Cinpinq bildirib.

Buna baxmayaraq, Çin lideri yavaşlayan iqtisadiyyat və ABŞ-la davam edən ticarət müharibəsini dayandıracaq yeni siyasət barədə açıqlama verməyib.

Çin nəhəng iqtisadi təsiri ətrafında dolaşan qlobal təzyiqlərlə mübarizə aparır.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG