Accessibility links

Çin rəsmiləri Honq Konqda nümayişçilərə qarşı ritorikanı gücləndirir


Honq Konqda iğtişaş polisi hökumət əleyhinə nümayişçilərə qarşı bibər qazından istifadə edir, 13 avqust, 2019.
Honq Konqda iğtişaş polisi hökumət əleyhinə nümayişçilərə qarşı bibər qazından istifadə edir, 13 avqust, 2019.

Honq Konqda demokratiya tərəfdarı etirazçılarla bağlı səbrinin belə görünür tükəndiyi Pekin rəsmiləri nümayişçilərə qarşı ritorikanı gücləndirərək, onların “terrorizm əlamərləri”ni nümayiş etdirməyə başladıqlarını bildirib.

Təhlilçilərin fikrincə, bu ritorika Britaniyanın keçmiş müstəmləkəsində yaranmış siyasi böhranı həll etməyəcək və yalnız gənc etirazçılar arasında qəzəbin daha da artmasına gətirib çıxaracaq.

Gənc insanları onlar özlərini azadlığı mübarizləri hesab etdiyi zaman terrorçu adlandırmaqla problem həll olunmayacaq.
Deyvid Zveyq

Onların blidirdiyinə görə, hərbi müdaxilənin çox baha başa gələcəyini gözəl bilən Çin prezidenti Şi Tsinpinin səbrlə hadisələrin inkişafını izləyərək, 2014-ci ildə demokratiya hərəkatının baş qaldırdığı zaman istifadə etdiyi strategiyanı yenidən tətbiq edəcəyi gözlənilir.

“Gənc insanları onlar özlərini azadlığı mübarizləri hesab etdiyi zaman terrorçu adlandırmaqla problem həll olunmayacaq. Fikcimcə, bu, gənc insanları qəzəbləndirəcək” – deyə, Honq Konq Elm və Texnoligiya Unversitetində Çin-Translantik Əlaqələri Mərkəzinin direktoru Deyvid Zveyq bildirir.

“Bunun bir təsiri ola bilər ki, bəzi adamlar təqiblərin ola biləcəyini düşünə, bəziləri isə sabah getməmək qərarına gələ bilər”, o əlavə edir.

Honq Konqda hökumət əleyhinə nümayişlər artıq 10-cu həftədir davam edir.

Çərşənbə axşamı günü minlərlə etirazçının artıq ikinci gündür beynəlxalq aeroporta toplaşması uçuşların təxirə salınmasına səbəb olub.

Bazar ertəsi günü Çinin Dövlət Şurasında Honq və Makau Əlaqələri üzrə idarənin sözçüsü Pekində Honq Konq mediasına şəhərdə vəziyyətin kritik duruma gəldiyini və onun sözlərilə, “zorakı cinayətin dəmir əllə” yatırılacağını bildirib.

O deyib ki, “Honq Konqun radikal etirazçıları dəfələrlə polisə olduqca təhlükəli alətlərlə hücum edib və bununla ciddi zorakı cinayətlərə yol verib və terrorizm əlamətləri nümayiş etdirməy başlayıb.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG