Accessibility links

Çin və Rusiya ABŞ-ı silah sanksiyalarının ləğvinə çağırır


Çin ABŞ-ı Rusiyadan silah aldığı üçün çin hərbçilərinə qoyduğu sanksiyaları geri götürməyə çağırıb.

Cümə günü jurnalistlərə verdiyi müsahibədə Çin xarici işlər nazirinin sözçüsü Geng Şuang Pekinin ABŞ-a rəsmi etiraz etdiyini bildirib.

Biz rəsmi Vaşinqtonun sanksiyalar maşınını idarə edənlərə məsləhət görərdik ki, bizim tariximizlə azacıq da olsa tanış olsunlar.
Sergey Ribakov

Geng bildirib ki, ABŞ sanksiyaları beynəlxalq əlaqələrin prinsiplərini kəskin pozub və iki ölkə və hərbçiləri arasında olan əlaqələrə ciddi zərər vurub.

Cümə günü Russiya da xarici işlər nazirinin müavini Serqey Ribakovla ABŞ-ın odla oynadığını bildirib.

Ribakov deyib ki, biz rəsmi Vaşinqtonun sanksiyalar maşınını idarə edənlərə məsləhət görərdik ki, bizim tariximizlə azacıq da olsa tanış olsunlar və yerlərində dövrə vurmağı dayandırsınlar.

S-400 yer - hava qırıcısı
S-400 yer - hava qırıcısı

ABŞ cümə axşamı Çin hərbi qüvvələrinın Rusiyaya mövcud sanksiyaların olduğu müddətdə rusiya silahını aldıqları üçün onlara qarşı sanksiyalar qoyub.

Dövlət Departamentinin verdiyi məlumata görə, Çin Suxoy Su-25 və S-400 yer-hava qırıcılarını alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG