Accessibility links

Çində sellər nəticəsində ölənlərin sayı 302-yə yüksəlib


Çin rəsmilərinin bildirdiyinə görə, ölkənin mərkəzindəki Hinan vilayətində keçən ay baş verən sellər nəticəsində ölənlərin sayı bazar ertəsi 302-yə yüksəlib.

Bu, keçən həftə açıqlanan 99 nəfərdən üç dəfə çoxdur. Ölüm hallarının əksəriyyətinin vilayətin paytaxtı Çjençjou şəhərində qeydə alındığı bildirilib.

Sarı çay boyunca yerləşən 12 milyonluq Çjençjou şəhərində 14-ü metronu su basması nəticəsində olmaqla, ölənlərin sayı 292 olub. Ümumilikdə şəhərdəki qarajlar və tunellər də daxil olmaqla, yeraltı ərazilərdə ölənlərin sayının 39 nəfər olduğu bildirilib.

Keçən ayın üç günü ərzində Çjençjouya 617,1 mm yağış yağıb ki, bu da orta hesabla illik yağıntının 640,8 mm-nə bərabərdir. Daşqınlar əsas nəqliyyat və sənaye mərkəzi olan şəhərə böyük ziyan vurub.

Yerli rəsmilər bazar ertəsi keçirilən brifinqdə bildiriblər ki, Henan vilayətində hələ də itkin sayılan 50 nəfərdən 47-si Çjençjou sakinidir.

Hinandakı iqtisadi ziyan 114,27 milyard yuan (18 milyard dollar) səviyyəsindədir. 580 min hektardan çox əkin sahəsinə ziyan dəyib.

Rəsmi Xinhua agentliyi xəbər verib ki, Çinin Dövlət Şurası Çjençjoudakı fəlakəti araşdırmaq üçün qrup yaradacaq və vəzifələrini yerinə yetirmədikləri təsbit edilən məmurlar məsuliyyətə cəlb ediləcək.

XS
SM
MD
LG