Accessibility links

Çinin Sincan vilayətində güclü zəlzələ olub


Hökumətin bildirdiyinə görə, Çinin qərbindəki Sincan bölgəsində bazar ertəsi baş verən güclü zəlzələ binalara ziyan vurub və azı bir nəfər ağır yaralanıb.

Bazar günü baş verən zəlzələdən sonra xilasetmə qrupları Kaşqar şəhərinin şərqində yerləşən Peyzəvat mahalına göndərilib. Dövlət CCTV televiziya kanalında video görüntülərdə kərpicdən tikilmiş dağılmış binaları, küçə boyunca uzanan qismən yıxılmış divarları nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyi bir nəfər ağır olmaqla, bir neçə nəfərin yaralandığını bildirib. CCTV kanalı azı iki nəfərin yüngül xəsarət aldığı haqda məlumat verib.

Çin Zəlzələ Şəbəkələri Mərkəzinin bildirdiyinə görə, 6.4 bal gücündə, 16 km dərinlikdəki zəlzələ axşam saat 9:21-də baş verib. Mərkəz zəlzələnin episentrinin Peyzəvatdan 56 kilometr məsafədə yerləşdiyini və titrəyişlərin Kaşqar və Artux şəhərlərində hiss olunduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG