Accessibility links

Çindəki beynəlxalq tələbələr narahatlıq içərisindədir


Çindəki beynəlxalq tələbələr narahatlıq içərisindədir
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Çinin Uhan şəhərində koronavisun yayılmasından sonra şəhərin blokadası ləğv edilsə də, Çindəki bəzi beynəlxalq tələbələr virusun 170-dən artıq ölkədə yayılmasına görə evlərinə qayıtmaqdan ehtiyat edir.

COVID-19 baş qaldırdıqdan 20-dən artıq ölkə öz vətəndaşlarını Çindən evakuasiya edib. Lakin bəzi tələbələr Uhanda qalmağa məcbur olub.
Bu tələbə hələ fevral ayında bunları deyib.

"Düşünürəm ki, evə qayıtmaq olduqca risklidir. Burada qalmaq qərarı verdim. Nəsə yanlışlıq baş versə, evə qayıtsam 14 gündən sonra ətrafımdakı insanları virusa yoluxduracam” - deyə, Cannatun Nahar adlı banqladeşli tələbə bildirib.

İki ay sonra tələbələr vətənlərində çoxsaylı insanın virusa yoluxduğu ailələri ilə fikirlərini bölüşür.

“Burada vəziyyət 80-90 faiz düzəlib. Lakin Pakistan da daxil edilməklə, digər ölkələrdə koronavirusun fəsadları bizi narahat edir. İndi biz ailələrimizin durumundan narahatıq”, pakistanlı tələbə deyib.

Digər beynəlxalq tələbələr isə evlərinə qayıtmaq istədiklərini və hökumətə qaytarılmaları üçün müraciət etdiklərini deyir.

“Uhanda virusa yoluxanların sayı kəskin azalıb. Lakin hələ də özümüzü təhlükədə hiss edirik. Bu, depressiya, nigaranlıq və qorxularımızı artırır. Pakistan hökuməti İrandan 6 min zəvvarı geri qaytarıb. Biz hökumətdən vətənimizə qayıtmağa kömək istəyirik”, digər bir pakistanlı tələbə deyib.

Bəzi ölkələrin Uhandan vətəndaşlarını qəbul etməməsi valideynlərin narazılığına səbəb olub.

“Uşaqlarımız evlərimizə qaytarılmayanadək etirazlarımızı davam etdirəcəyik. Bizim başqa tələbimiz yoxdur. Yalnız ölüm və həyat arasında qalan övladlarımızı istəyirik. Onlar depressiya qurbanlarına çevrilib” , Pakistandan İqbal Avan bildirib.

Xəstəliyin yayılmaması üçün Uhanda qalan Cannatur Nahar ailəsindən narahatdır.

“Burada qaldığıma görə peşmanam, Vətənimdə vəziyyətin yaxşı olmaması məni çox kədərləndirir. Orada nə baş verdiyindən xəbərsizəm. ”

Uhanda vəziyyət normala qayıtsa da, tələbələrin nə zaman sinif otaqlarına qayıdacağı qeyri-müəyyən olaraq qalır.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG