Accessibility links

Çində torpaq sürüşməsi azı 14 nəfərin ölümünə səbəb olub 


Dövlət mediasının çərşənbə axşamı bildirdiyinə görə, Çinin cənub-qərbindəki Quiçoy vilayətində tikinti meydançasında baş verən torpaq sürüşməsi nəticəsində azı 14 nəfər ölüb.

Rəsmi Sinhua xəbər agentliyi torpaq sürüşməsinin bazar ertəsi axşam fəhlələrin yamacı möhkəmləndirdikləri zaman baş verdiyini bildirib.

Sinhua xilasedicilərin 14 cəsəd və 3 yaralını tapdıqlarını, qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Agentik əlavə edib ki, xilasetmə işləri başa çatıb, üç yaralının vəziyyəti stabildir.

Dövlət mediası tərəfindən yayımlanan şəkillərdə xilasetmə qruplarının gecə işıqlar altında işlədiyi, çoxlu dağıntı və əzilmiş texnika göstərilib.

Çində təhlükəsizlik standartlarının zəif olması səbəbindən tikinti və istehsalat qəzaları nadir hal deyil.

Dekabr ayında Şansi vilayətində su basmış kömür mədənində iki işçi həlak olub, iyirmi işçi xilas edilib.

İyul ayında Çinin cənubundakı Quanqdonq vilayətində inşa edilən tuneli su basması nəticəsində 14 işçi ölüb.


Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG