Accessibility links

Çin Trampın planlaşdırdığı yeni tarifləri qınayıb


Çin cümə günü xəbərdarlıq edib ki, əgər Donald Trampın planlaşdırdığı kimi tariflər artsa onlar cavab tədbiri görəcək. Dünyanın iki ən böyük iqtisadiyyatı arasında yeni gərginlik səbəbilə fond birjasında çaxnaşma yaşanıb.

Çin höküməti Trampı iyun ayında Şi Tsinpinlə Pekinin ticarət profisiti və texnolgiya ambisiyaları üzərindəki qarşıdurmaya son qoymaq məqsədilə danışıqların bərpa olunmasına dair əldə etdiyi razılığı pozmaqda ittiham edib.

Cümə günü Banqkokda ASEAN sammitində çıxış edən xarici işlər naziri Vanq Yi ABŞ-ın Çin mallarına tətbiq etdiyi yeni tarifləri qınayıb.

“Çin idxallarına 10 faiz tarif tətbiq etmək konstruktiv deyil və ticarət mübahisəlinin düzgün həll yolu da deyil”, o deyib.

ABŞ-la Çin arasında ticarət müharibəsi Tramp bəzi Çin mallarına əlavə 10 faizlik tarif tətbiq edəcəyini söyləyəndən sonra intensivləşib. Bu isə supergüclər gələn ay ticarət danışıqlarını davam etdirəcəkləri ilə bağlı razılıq əldə edəndən bir gün sonraya təsadüf edib.

Tramp Çini ABŞ-dan daha çox kənd təsərrüfatı məhsulları almamaqda və ABŞ-a fentanil satışını dayandırmamaqda ittiham edib.

“Çin ABŞ-dan böyük miqdarda kənd təsərrüfatı malları almağa razılaşmışdı, amma bunu etmədi. Bundan əlavə dostum prezidenti Şi dedi ki, fentanilin ABŞ-a satışına son qoyacaq, amma bu da baş vermədi və nəticədə çox sayda amerikalı ölməyə davam edir”, Tramp söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG