Accessibility links

Çin hökuməti koronavirusun yayıldığı vilayətdə bəzi fabriklər və müəssisələrin açılmasına qərar verib


Çin Pekinin ölkə iqtisadiyyatına ciddi təsir göstərən xəstəliyin yayılmasına nəzarəti ələ aqldığını nümayiş etdirərək, çərşənbə günü virusun yayıldığı vilayətdə bəzi fabriklər və müəssisələrin açılmasına qərar verib.

Çin liderləri yanvar ayının sonlarından bəri istehsal, səyahət və digər sənaye sahələri bağlamaqla, qlobal iqtisadiyyatı iflic vəziyyətə salan görünməmiş ölçülərin götürülməsindən sonra biznesləri canlandırmağa çalışır.

Çərşənbə axşamı prezident Şi Tzinpin dekabr ayında koronavirusun meydana gəldiyi Uhanı ziyarət edib. Çin ABŞ və Avropa hökumətlərinin xəstəliyə qarşı nəzarəti gücləndirdiyi bir vaxt böhranın sona çata biləcəyinə inanır.

Hubey vilayəti hökuməti Uhanda gündəlik ehtiyacları təmin edən qida sənayesi kimi sahələrin və milli iqtisadiyyat üçün zəruri olan digər müəssisələrin fəaliyyətini bərpa edə biləcəyini bildirib. Şanxaydan təqribən 700 kilometr qərbdə yerləşən və 11 milyon əhalisi olan bu şəhər Çinin mərkəzində əsas istehsal bölgəsidir.

Hökumətin bəyanatına əsasən, bu dəyişikliklər epidemiyanın qarşısının alınması ilə yanaşı, iqtisadi və sosial əməliyyatların nizamlanmasını sürətləndirmək" məqsədi daşıyır. Yenidən fəaliyyət göstərən şirkətlərdən "epidemiyaya nəzarət" planlarının hazırlanması, işçilərin səhhətinin yoxlanılması və iş yerlərinin dezinfeksiyası tələb olunur.

XS
SM
MD
LG