Accessibility links

Çin və İranın xarici işlər nazirləri görüşüblər


Çin Xarici İşlər Naziri Uang Yi və İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif hər iki ölkənin ABŞ ilə gərginliyin olduğu bir vaxtda bazar ertəsi avqustun 26-da Pekində görüşüblər.

Uang və Zərif Pekinin Diaoyutai Dövlət Qonaq evində ikitərəfli görüş keçirib.

Zərifin Çinə səfəri G7-Böyük Yeddiliyin toplantısı çərçivəsində bazar günü Biarritzdə Fransa prezidenti Emmanuel Makronla çoxlarını təəccübləndirən görüşdən sonraya təsadüf edib.

Çini ticarət məsələlərinə, İranı isə nüvə sazişinə dair kəskin tənqid edən ABŞ Prezidenti Donald Tramp günlərdir ticarət məsələlərində gərgin mübahisələrdən sonra Çinə barışıq jesti edib və İranla diplomatiyaya açıq olduğuna dair işarə verib.

Tramp ABŞ ticarət nümayəndələri ilə danışıqlar masasına qayıtmaq istədiyini söylədikdən sonra ticarət razılaşması əldə etmək istədiyinə inandığını və İranla nüvə anlaşması mövzusunda müzakirələrə açıq olduğunu və rejim dəyişikliyinə can atmadığını söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG