Accessibility links

Çin və İran "beynəlxalq normaları qorumaq" üçün birgə səy göstərəcəklər


Çin dövlət müşaviri və xarici işlər naziri Vanq Yi bazar ertəsi günü Pekində İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşərək iki ölkə arasındakı münasibətləri və ümumi maraq doğuran əsas beynəlxalq problemləri müzakirə ediblər.

Dünyanın birtərəfli davranışla üzləşdiyini qeyd edən Yi digər ölkələr kimi Çin və İran arasında çoxtərəfli və beynəlxalq normaları qorumaq üçün birgə səy göstərməyə çağırıb.

"Hal-hazırda birtərəflilik və güc siyasətinin artmasının şahidi oluruq. Çin məsuliyyətli bir ölkə olaraq çoxtərəfliliyi qorumaq və beynəlxalq münasibətlərin təməl normalarını qorumaq üçün İran və dünyanın digər ölkələri ilə işləməyə hazırdır," Vang Yi deyib.

"Birtərəflilik yüksəlişdədir. Beynəlxalq hüququn rədd edilməsi, beybnəlxalq hüququ hörmətsizlik yüksəlişdədir və biz birgə işləməliyik," Yinin həmkarı Zərif bildirib.

Zərif İranın toplantıda xarici müdaxiləni rədd etdiyini dilə gətirərək bunu beynəlxalq sülh və təhlükəsizliyə əsas təhdid adlandırdı.

"İran və Çin də daxil olmaqla proqressiv ölkələrin işlərinə başqalarının müdaxiləsini rədd edirik. Biz bu müdaxilələrə qarşı çiyin0çiyinə dayanmışıq və onları beynəlxalq sülhə və təhlükəsizliyə, ölkələr arasındakı dostluq münasibətlərinə əsas təhdid olaraq rədd edirik," Zərif əlavə edib.

Bu, İranın xarici işlər nazirinin bu il Çinə üçüncü səfəridir.

Səfər Zərifin Fransadakı G7 Sammitində sürpriz səfərindən dərhal sonra baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG