Accessibility links

Çin Vaşinqtona Qış Olimpiya Oyunlarını boykot etməməklə bağlı xəbərdarlıq edib


Bayden administrasiyasının müttəfiqləri ilə insan haqlarının pozulmasına dair şikayətlərə birgə yanaşma haqqında danışıqlar apardığını bildirməsindən sonra Çin hökuməti çərşənbə günü gələn il Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot etməməsi barədə Vaşinqtona xəbərdarlıq edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Sincan bölgəsində etnik azlıqlara qarşı zorakılıq hallarına dair ittihamları rədd edib. O, Olimpiya Oyunlarının potensial boykotuna qarşı "Çin tərəfindən güclü cavab" barədə xəbərdarlıq edib.

"İdmanın siyasiləşməsi Olimpiya Xartiyasının ruhuna və bütün ölkələrin idmançılarının maraqlarına zərər verəcək" - deyən sözçü Çjao Litszyan bildirib. "ABŞ Olimpiya Komitəsi də daxil olmaqla beynəlxalq ictimaiyyət bunu qəbul etməyəcək", o əlavə edib.

İnsan haqları qrupları Çinin 2022-ci ilin fevralında başlayacaq oyunlara ev sahibliyi etməsinə etiraz edirlər. Onlar çinlilərin uyğurlara, tibetlilərə və Honq Konq sakinlərinə qarşı zorakılıq ittihamlarına diqqəti cəlb etmək üçün boykot və ya digər tədbirlərə çağırış ediblər.

ABŞ Dövlət Departamenti Olimpiya Oyunlarının boykotunun ehtimallar arasında olduğunu irəli sürsə də, yüksək səviyyəli bir rəsmi sonradan boykotun müzakirə olunmadığını deyib. Beynəlxalq Olimpiya Komitəsi və ABŞ Olimpiya və Paralimpiya Komitəsi bundan öncə boykotlara qarşı olduqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG