Accessibility links

Çində daşqınlar azı 12 nəfərin ölümünə səbəb olub


Çinin cənub-qərbində iki gün davam edən güclü yağışlar azı 12 nəfərin ölümünə, 10 nəfər itkin düşməsinə səbəb olub.

Sincan vilayətinin Miannin mahalında daşqınlar altında qalan evlərindən 7 mindən çox insan evakuasiya edilib.

Leysan yağışları magistral yolları dağıdaraq, bir neçə avtomobili çaya aşırıb.

Fövqəladə Hallar Nazirliyi iyunun əvvəlindən başlayan yağışlar və daşqınların 78 nəfərin ölümünə səbəb olduğunu və iqtisadiyyata 3,6 milyard dollardan çox zərər vurduğunu bildirib.

XS
SM
MD
LG