Accessibility links

Çində dünyanın ən uzun okean-körpüsü istifadəyə verilib


Çində dünyanın ən uzun okean-körpüsünün açılışı olub. Honq Konq və Makao şəhərlərini birləşdirən körpü ölkənin yarı-muxtar bölgələri arasında əlaqələrini sürətləndirəcək.

Çin prezidenti Şi Tzinpin və digər üç şəhərin liderləri cənubi Zhuhaidə keçirilən körpünün açılış mərasimində iştirak ediblər.

Sualtı tunelin daxil olduğu 54 kilometrlik və 20 milyard dollarlıq layihə Zhuhai şəhəri ilə ölkənin maliyyə mərkəzi Honq Konq və Pearl River deltasındə yerləşən kazino mərkəzli Makau şəhərlərini əlaqələndirəcək.

İnşaasına başlanıldığı doqquz il əvvəldən bəri müxtəlif səbəblərdən gecikmələr və xərclərin artmasına baxmayaraq, körpü çərşənbə günündən etibarən fəaliyyətə başlayacaq.

XS
SM
MD
LG