Accessibility links

Çində kimyəvi zavodda partlayış nəticəsində 47 nəfər ölüb


Martın 21-də Çinin Yançenq şəhərində pestisid zavodunda baş vermiş partlayış nəticəsində ən azı 47 nəfər ölüb, 600-dən çox yaralı 16 xəstəxanaya aparılıb. Yaralılardan 32-nin vəziyyəti ağırdır.

Partlayış səbəbilə baş vermis yanğın digər sənayə binalarına da keçib.

Partlayışın dalğası yaxınlıqda olan yaşayış binalarının və məktəblərin pəncərələrini qırıb.

Kütləvi informasiya vasitələrinin yazdığına görə, xəsarət alanların arasında yaxınlıqdakı bağçada olan uşaqlar da var.

Yançendə gübrə istehsal edən zavod 2007-ci ildə fəaliyyətə başlayıb.

30-dan çox yüngül alışabilən kimyəvi maddələr istehsal edən şirkət əvvəllər təhlükəsizlik qaydalarını pozduğuna və ətraf-mühitə mənfi təsir göstərdiyinə görə cərimə edilib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG