Çinin Fucian vilayətində qaçırılan avtobusun piyadalar üzərinə sürülməsi səbəbi ilə 5 nəfər ölüb, 21 adam xəsarət alıb. Bıçaqla silahlanmış avtobus qaçıranlar ələ keçirilib.
Öldüyü təsdiq edilən 5 nəfərdən 1-nin polis işçisi olduğu bildirilir.
Çinin ABŞ-da yerləşən Duowei xəbər agentliyinin yaydığı videoda yaralıların yerdə uzandığı göstərilib. Avtobusun pillələri üzərində qan ləkələri də videoda diqqətdən qaçmır.
Hücumçunun kimliyi barədə məlumat verilməyib.
Noyabr ayında da bir avtomobil ictimai məktəb şagirləri yolu keçəkən onların üzərinə sürülüb. 5 şagird ölüb, 19-u yaralanıb.
Oktyabrda bir nəfərin insanlar üzərinə maşını sürdükdən sonra onlara qarşı bıçaqla hücum etməsi nəticəsində 3 nəfər ölmüşdü.
Bundan bir ay öncə isə bıçaq və bellə hücum nəticəsində 11 adam ölmüş, 44-ü xəsarət almışdı