Accessibility links

Çində son 24 saatda 16 yeni koronavirus halı


Bazar ertəsi Çinin Milli Səhiyyə Komissiyası son 24 saatda 16 yeni koronavirus halının qeydə alındığını bildirib. Onlardan 4-ü Pekindən olmaqla, 12-si xaricdən gəlib.

Hal-hazırda Çində 80860 təsdiqlənmiş koronavirus halı var. Səhiyyə komissiyası 67749 xəstənin sağaldığını və xəstəxanalardan buraxıldığını söyləyib.

Son 24 saat ərzində daha 14 ölüm hadisəsi baş verib. Nəticədə Çində koronavirusdan ölənlərin sayı 3222 nəfərə çatıb.

Cons Hopkins Universitetinin verdiyi məlumata görə, virusun ilk dəfə dekabr ayında aşkarlandığı Çin hazırda dünyada 169000 yoluxma halının yarısından azını təşkil edir.

Çin yoluxma hallarının xaricə yayılmaması üçün daha sərt tədbirlər görür.
Xaricdən Pekinə gələn hər kəs öz hesabına təyin olunmuş obyektlərdə 14 gün karantinə alınır.

Yeni siyasət bazar ertəsi günü qüvvəyə minib.

Əvvəllər simptomları olmayan şəxslər evdə özü özlərini karantinə ala bilirdilər.
Çinlilərin yeni koronavirusun xaricdən idxal edilməsi ilə bağlı narahatlıqları artıb.

XS
SM
MD
LG