Accessibility links

Çində tornado 6 nəfərin ölümünə səbəb olub


Çinin şimal-şərqində Liaoninq vilayətində çərşənbə günü baş vermis tornado nəticəsində 6 nəfər ölüb, 190-dan çox adam yaralanıb.

Yerli rəsmilərin verdiyi məlumata görə, tornado Kaiyuan şəhərinə axşam saatlarında çatıb. 15 dəqiqə davam edən tornado ilk olaraq sənaye parkına düşüb. Daha sonra güclü yağış və dolu ilə müşaiyət olunan tornado yaşayış binalarına, fabriklərə və elektrik naqillərinə güclü ziyan vurub.

Yerli hökümət nümayəndələri itkiləri qiymətləndirir. Şəhər rəsmiləri xəsarət almış binadan 210 nəfərin təxliyə edildiyini deyib. Xilasetmə işləri davam edir, xilasedicilər dağıntılar altında qalmış sakinləri çıxarır.

Tornado onlarla fabrikə ziyan vurub, metal parçalar inanılmaz formada əzilərək ətrafa yayılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG