Accessibility links

Çinin ABŞ-ın tətbiq etdiyi tariflərə cavab verəcəyi gözlənilir


Prezident Donald Tramp gələn həftədən başlayaraq 200 milyard dollar dəyərində Çin mallarına tarif tətbiq edəcəyini elan edəndən sonra Çin çərşənbə axşamı Birləşmiş Ştatlara cavab verəcəyini vəd edib və danışıqlarda “qeyri-müəyyənliyin” olduğu barədə xəbərdarlıq edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq Pekinin nə zaman cavab tədbiri görəcəyini söyləməyib və əlavə edib ki, “ABŞ tərəfinin proteksionist və birtərəfli tədbirləri qəbuledilməzdir”.

“Çin dəfələrlə vurğulayıb ki, ABŞ ilə Çin arasındakı iqtisadi və ticarət problemləri həll etməyin yeganə doğru yolu bərabərlik, yaxşı niyyət və qarşılıqlı hörmətə əsaslanan dialoq və müzakirələrdir” – deyə, Şuanq bildirib.

Tramp administrasiyasının tətbiq etdiyi yeni idxal vergiləri gələn həftə qüvvəyə minəcək və 2018-ci ilin sonuna 25 faizədək artacaq.

Yeni tarifləri elan etdiyi bəyanatda Tramp xəbərdarlıq edib ki, “əgər Çin fermerlərimizə və ya digər sənayelərə qarşı cavab tədbirləri görsə, biz dərhal üçüncü mərhələyə keçəcəyik, bu da əlavə 267 milyard dəyərində mallara tariflərin tətbiq olunacağı deməkdir”.

Tramp Twitterdə bildirib ki, onun tətbiq etdiyi tariflər dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatına təkan verib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG