Accessibility links

Çinin ABŞ-la ticarət münasibətlərində müsbət saldo əhəmiyyətli dərəcədə artıb


Qlobal bazarların narahatlıqlarına səbəb olan Çin-ABŞ ticarət müharibəsinə baxmayaraq, Çinin Birləşmiş Ştatlarla ticarət münasibətlərində müsbət saldo əhəmiyyətli şəkildə artıb.

Bazar ertəsi Çinin gömrük idarəsinin açıqladığı rəqəmlər 2018-ci ildə ölkənin ABŞ-a ixracının 11 faiz artdığını, Birləşmiş Ştatlardan edilən idxalın isə cüzü miqdarda - cəmi 0.7 faiz artdığını göstərir.

“2018-ci ildə ABŞ və Çin arasında ticarət həcmi normal olub. Bununla bərabər, böyük müsbət saldo müşahidə edilib. Biz bunun səbəbinin Çinin və ABŞ-ın müxtəlif inkişaf mərhələlərində olmasında görürük. Buna baxmayaraq, biz bir-birimizi tamamlayırıq” - deyə, Çinin Görmük İdarəsininin sözçüsü Li Kuiven bildirib.

Yaranmış müsbət saldo 323.3 milyard dollar həcmindədir. Keçən il bu göstərici 275.7 milyard dollar idi.

Bununla bərabər, açıqlanan rəqəmlər ixracın keçən ay 3.5 faiz aşağı düşdüyünü göstərir. Bu azalma prezident Donald Trampın milyardlarda dollar Çin məhsullarına tariflərin tətbiq etməsindən sonra baş verib. Tramp bununla Pekini daha çox Amerika məhsulu almağa, eyni zamanda texnologiya, intellektual mülkiyyət və kibercinayətlərlə bağlı problemlərin həllinə məcbur etmək istəyir.

Yayılan məlumatlar dünyanın ikinci ən nəhəng iqtisadiyyatının gücü ilə bağlı müxtəlif siqnallar göndərir. Çinin 2018-ci ildə qlobal ticarət saldosu 353 milyard dollar olsa da, dekabr ayında ixrac əvvəlki il ilə müqayisədə 4.4 faiz aşağı düşüb. Eyni zamanda ölkənin idxalı 7.6 faiz azalıb. Hər iki rəqəm həm ölkə daxilində, həm də xaricində tələbatın yumşaldığına işarə edir.

XS
SM
MD
LG