Accessibility links

Çinin iki şəhərinə giriş-çıxış qadağan olunub


Çin cümə axşamı təxminən 600 nəfərə yoluxan və 17 nəfərin ölümü ilə nəticələnən virusun episentri olan iki şəhərə giriş-çıxışı qadağan edib. Dünya boyu səhiyyə rəsmiləri qlobal epidemiyanın qarşısını almağa çalışır.

Səhiyyə rəsmiləri şənbə günü başlayacaq Çin Yeni ili münasibətilə bir həftə boyu davam edəcək tətil zamanı yüz milyonlarla çinlinin ölkə daxilində və xaricə səyahəti zamanı yoluxma hallarının artacağından narahatdır.

Daha öncə bilinməyən bu virusun keçən ilin sonu Çinin mərkəzi Uhan şəhərindəki heyvan bazarında vəhşi təbiətə məxus heyvanların qanunsuz ticarəti nəticəsində ortaya çıxdığı güman edilir.

11 milyon əhalisi olan Uhan şəhərində cümə axşamı səhərdən etibarən ictimai nəqliyyatın hərəkəti dayandırılıb və insanlara evlərini tərk etməmələrinə dair göstəriş verilib.

Bundan bir neçə saat sonra 7 milyon əhalisi olan qonşu Huanqqanq şəhərinə də giriş-çıxış dayandırılıb.

Ümumdünya Səhiyyə Təşkilatının Pekindəki nümayəndəsi Qauden Qalea Reuters-ə bildirib ki, "11 milyon insanın hərəkətinin məhdudlaşdırılması ictimai səhiyyə tarixində misli görülməmiş bir haldır. Bu səbəbdən də Ümumdünya Səhiyyə Təşkilatı bu qərarı tövsiyə etmir".

Tənəffüs yolu ilə yayıla bilən virusa qarşı hələ ki, peyvənd yoxdur. Simptomlar arasında bir çox digər tənəffüs yolları xəstəliklərinə bənzər hərarət, nəfəs alma və öskürək var.

İlkin araşdırma zamanı virusun insanlara ilanlardan keçdiyini irəli sürülsədə, hökumətin tibbi müşaviri Jonq Nanşan bildirir ki, xəstəliyin porsuq və siçovullardan da yoluxduğu mümkündür.

Ümumdünya Səhiyyə Təşkilatı bu epidemiyanı qlobal fövqəladə vəziyyət elan edib-etməməklə bağlı qərara verəcəyini bildirib. Bu təqdirdə epidemiya ilə bağlı beynəlxalq səviyyədə tədbirlər görüləcək.

Əgər qlobal fövqəladə vəziyyət elan olunsa, bu, son on ildə sağlamlıqla bağlı elan edilən altıncı beynəlxalq fövqəladə vəziyyət olacaq.

Çin höküməti virusa yoluxanların sayı ilə bağlı yeni məlumatlar veməyib. Lakin virus Şanxay, Pekin və Honq-Konq şəhərlərində, o cümlədən ABŞ da daxil olmaqla bir neçə ölkədə aşkarlanıb. Bu isə virusun artıq bütün dünyaya yoluxacağına dair narahatlıqları artırır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG