Accessibility links

Çinin iqtisadi artımı son 28 ildə ən aşağı səviyyədədir


Çinin iqtisadi artımı son 28 ildə ən aşağı səviyyədədir
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Dünyanın ikinci ən böyük iqtisadiyyatı son 28 ilin ən yavaş iqtisadi artımını yaşayır. Çin zəif investisiya və azalan istehlakçı etimadı ilə mübarizə aparır, eyni zamanda Vaşinqtonla ticarət müharibəsi yaşayır.

Çin bazar ertəsi bildirib ki, iqtisadiyyatında demək olar son 30 ildə ən aşağı artım müşahidə olunub.

Çinin iqtisadi artımının zəifləməsinin genişmiqyaslı təsirləri var. Bu, növbəti bir neçə həftədə daha da bəlli olacaq, çünki o zaman dünya boyu böyük şirkətlər 2018-ci ilin son üç ayı üçün gəlirlərini açıqlayacaqlar.
Rayan Vu

Rəsmiləri deyib ki, 2018-ci ildə ÜDM 6.6 faiz təşkil edib.

İqtisadiyyata ən çox Çinlə ABŞ arasındakı ticarət müharibəsi mənfi təsir göstərib.

Lakin bundan əlavə başqa amillər də var.

“Bununla bərabər Çində iqtisadi artımın zəifləməsinin uzunmüddətli səbəbləri də var. Bunlardan biri Çinin uzun zamandır çirkləndirmə əleyhinə apardığı kampaniyadır ki, bu, bir neçə fabrikin bağlanmasına gətirib çıxarıb və ağır sənayelərə ziyan vurur” - deyə, Reuters-in Pekin şöbəsinin səfri Rayan Vu bildirib.

Çin iqtisadiyyatı bu yaxınlarda qlobal iqtisadi artımın təxminən üçdə birinə təkan verib.

Bu isə o deməkdir ki, hətta çox cüzi yavaşlama belə, Estee Lauder, Starbucks və Apple kimi şirkətlərə çox pis təsir göstərə bilər.

“Çinin iqtisadi artımının zəifləməsinin genişmiqyaslı təsirləri var. Bu, növbəti bir neçə həftədə daha da bəlli olacaq, çünki o zaman dünya boyu böyük şirkətlər 2018-ci ilin son üç ayı üçün gəlirlərini açıqlayacaqlar” - Vu deyir.

Pekinin populyar alış-veriş mərkəzi
Pekinin populyar alış-veriş mərkəzi

Pekin vergiləri azaltmaq, infrastruktur layihələri başlatmaq və bankları daha çox kredit vermələrinə dair göstəriş vermək kimi tədbirlər vasitəsilə iqtisadiyyatı yenidən canlandıracağını vəd edir.

Təhlilçilər isə xəbərdarlıq edir ki, Çində vəziyyət yaxşılaşmadan öncə daha da pisləşəcək.

Bir çoxları builki artımın 6.3 faizə düşəcəyini proqnozlaşdırır.

XS
SM
MD
LG