Accessibility links

Çinin Kommunist partiyasının 70-ci ildönümündə Honq Konqda etirazlar keçirlib


Çinin Kommunist partiyasının 70-ci ildönümündə Honq Konqda etirazlar keçirlib
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Honq Konqda demokratiya tərəfdarları Çinin hakim Kommunist Partiyasının yaranmasının 70-ci ildönümü münasibətilə keçirilən paradın verdiyi birlik və sabitlik mesajına qarşı çıxmağa çalışıb. Orada demokratiya fəalları Pekinə Honq Konqa özü-özünü idarə etməyə icazə verməsinə təzyiq göstərmək üçün dağıdıcı taktikalara əl atır.

Çərşənbə axşamı Çində Kommunist partiyasının yaranmasının 70-ci ildönümü münasibətilə hərbi parad keçirilib.

Honq Konqda isə minlərlə demokratiya tərəfdarı hökümətin nümayiş qadağasını pozaraq şəhərin mərkəzində toplaşıb. Etirazçılar bu qadağanı Pekinin həm Çin həm də Honq Konqda repressiv əməllərinin genişlənməsi olaraq görür.

“İnsan ləyaqətini qorumaq azadlığına yüksək dəyərləndirən və demokratiyaya üstünlük verən insanlar bir çox həmvətənlərimiz üçün kədərlənir”, Honq Konq Demokratik Partiyasının sabiq sədri Albert Ho bildirib.

Prezident Şi Tsinpin Pekində çıxış edərkən həm Honq Konq həm də Makaonun bir ölkə, iki sistem muxtariyyəti altında idarə olunduğunu vurğulayıb, lakin hökümətinin bütöv Çin əhalisini yenidən bir araya gətirmək üçün mübarizə aparacağını da qeyd edib.

Honq Konq rəsmiləri Çinin Milli Günü münasibətilə bayraq qaldırma mərasimi keçirməyə çalışıb. Lakin onlar etirazçılardan yan keçmək məqsədilə mərasimi bağlı məkanda keçirib. Bundan əlavə atəş-fəşanlıqlar da təxirə salınıb.

Honq Konqun liderləri etiraz dalğasına səbəb olan ekstradisiya qanun layihəsini ləğv edib. Həmin qanun layihəsi Çinə Honq Konq sakinərini həbs etmək üçün geniş səlahiyyətlər verirdi.

Lakin qanun layihəsinin geri çəkilməsinə baxmayaraq demokratiya lehinə etirazlar artıq dörd aydır davam edir. Fəallar artıq Honq Konq parlamentinə üzvlərin sakinlər tərəfindən birbaşa seçilməsini tələb edir. Hazırkı sistem altında isə parlamentin yarısını Pekinlə əlaqəsi olan biznes elitaları təşkil edir.

Bəzi nümayişçilər Birləşmiş Ştatları Honq Konqun insan haqları və demokratiya sahəsində səylərini dəstəkləməyə çağırıb.

“Biz prezident Trampı amerikalıların Çinə sərmaye qoymalarının qarşısını almağı nəzərdən keçirməyə çağırıq”, honq konqlu demokratiya fəalı Çapman Çen bildirib.

Honq Konqun mərkəzində keçirilən etirazlar əvvəl dinc başlasa da, günün sonuna doğru etirazçılarla polis arasında toqquşmların olduğu bildirilir.

Fəallar dağıdıcı taktikalara əl atır.

Honq Konq polisi isə cavab olaraq etirazçıları dağıtmaq üçün güc tətbiq edir, göz yaşardıcı qazdan, su şırnaqlarından və rezin güllələrdən istifadə edir.

Hər iki tərəfin əl atdığı bu taktikalar gərginliyi artıra və konstruktiv kompromis ehtimalını aradan qaldıra bilər.

Lakin hələ ki, Pekin hərbi müdaxilə etməyib çünki belə bir addım beynəlxalq qınaqlara səbəb ola bilər. Bundan əlavə bunun Honq Konq və Çin üçün ciddi iqtisadi nəticələri də ola bilər.

Şərhlərə bax

XS
SM
MD
LG