Accessibility links

Çinin mərkəzində daşqınların ardınca Şanxayda İn-fa tayfunu gözlənilir


Çinin kommersiya mərkəzi Şanxay və qonşuluqdakı sahilyanı regionlarda bazar günü İn-fa tayfun qasırğasının quruya çatması və daşqınlara, habelə 1000-dən çox ağacın aşmasına səbəb olması nəticəsində bütün uçuşlar təxirə salınıb, metro xidməti yavaşlayıb və ya dayandırılıb, bizneslər dağılıb.

Tayfun bazar günü yerli vaxtla saat 12:30-da Jecianq vilayətinin şərq sahilindəki liman şəhəri Juşanın Putuo rayonunda quruya çatıb. Bu barədə dövlət yayım şirkəti CCTV Çin Metereologiya Administrasiya istinadən xəbər verib.

Fırtına Çində azı 63 nəfərin ölümü ilə nəticələrən rekord daşqından bir neçə gün sonra baş verib. Daşqınlar elektriklərin kəsilməsinə və bir milyondan çox insanın didərgin düşməsinə səbəb olub.

“Biz insanların həyatlarının və əmlaklarının təhlükəsizliyini təmin etmək, habelə fəlakətin vurduğu ziyanları azaltmaq və heç bir tələfatın olmamasını, xəsarətlərin və iqtiadi ziyanların az olmasını təmin etmək üçün hər şeyi edəcəyik,” Jecianq vialyətinin Kommunist partiyasının katibi şənbə günü bildirib.

Justanda 6 kilometr uzunluğunda yolların dəniz suyu ilə dolması və Şanxayda bazar günü 1000-ə yaxın ağacın aşmasından sonra tayfunun bazar gecə Jecianqın Jiaşinq şəhəri ilə Cianqsu vilayətinin Qidonq şəhərləri arasında quruya çatacağı gözlənilir.

Metereologiya Administrasiyası tayfunun saatda 15 kilometr sürətlə irəlilədiyini bildirib.

Metereologiya Administrasiyası xəbər veriri ki, İn-fanın küləklərinin sürəti saniyədə 38 metrə çatıb. Bu isə Reuters-in hesablamalarına görə, saatda 137 kilometrə bərabərdir.

Jecianqın fövqəladə vəziyyətin idarəsi departamenti şənbə günü tayfunla mübarizə səviyyəsinə ən yüksək səviyyəyə artırıb və məktəblər və marketləri bağlayıb, lazım olan yerlərdə yol nəqliyyatını dayandırıb.

Həm 26 milyon əhalisi olan Şanxay həm də cənubda yerləşən Hanqju şənbə günü bütün uçuşları təxirə salıb. Regiondakı bir çox dəmiryolu xidmətləri də dayandırılıb.

Şanxay hökuməti metro xidmətini yavaşladacağını və gündüz saatlarında bəzi xəttlərin fəaliyyətini dayandıracağını bildirib. Hanqju rəsmiləri də yeraltı qatarların fəaliyyətini dayandırdığını elan edib.

Ötən həftə Çinin mərkəzi Jenqju şəhərində daşqın metroda ilişib qalan 12 nəfərin ölümünə səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG