Accessibility links

"Çinin uyğurlara qarşı mədəni soyqırımını dəstəkləyən müsəlman ölkələr utanırmı?"


ABŞ-ın mötəbər Washington Post qəzetinin redaktor heyətinin bu günlər dərc etdiyi baş məqaləsi Çin hökumətinin Sincan vilayətində uyğurlara qarşı mədəni soyqırım kampaniyası ilə bağlı narahatlıqlar və müsəlman ölkələrinin buna reaksiyalarına həsr edilib. Məqalədə deyilir ki, Qərbin 22 ölkəsinin səfirlərinin bu ay BMT-nin İnsan Hüquqları Şurasına ünvanladığı məktubunda Çinin Sincanda uyğurları kütləvi şəkildə həbs etməsindən narahatlıq bildirilib. Washington Post bunu Pekinin uyğurlar və Çindəki digər müsəlman azlıqlara qarşı mədəni genosid kampaniyasına beynəlxalq ictimaiyyətin zəif cavabı kimi qiymətləndirsə də, bundan sonra BMT-yə göndərilən ikinci məktuba diqqət çəkir.

“Bundan dörd gün sonra Pekinin səfərbər etdiyi ölkələrin 37 səfirinin imzaladığı məktubda “əks-terror və radikalizmə qarşı” əməliyyat dəstəklənərək, “bütün etnik qrupların fundamental hüquqlarının müdafiə olunduğu” iddia edilir” - deyə, məqalədə bildirilir.

Arxiv fotosu – Çinin təhlükəsizlik qüvvələri zirehli avtomobillərlə Sincan regionunun Kaşqar mərkəzi bölgəsində, 5 noyabr, 2017.
Arxiv fotosu – Çinin təhlükəsizlik qüvvələri zirehli avtomobillərlə Sincan regionunun Kaşqar mərkəzi bölgəsində, 5 noyabr, 2017.

Washington Post yazır ki, məktubu imzalayan Kuba, Rusiya, Şimali Koreya, Venesuela kimi “qlobal dələduzlar qalereyasına” daxil olan ölkələrlə yanaşı, bir sıra müsəlman ölkələri də onlara qoşularaq, “İslama qarşı müasir dövrdə ən böyük hücumu sanksiyalaşdırıb”.

Bu bəyanat Pakistan, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair və xüsusilə də İsraili qınamaq məsələsinə gəldikdə özlərini dinin müdafiəçisi kimi göstərən digər müsəlman ölkələr tərəfindən biabırçı şəkildə təslim olmaq deməkdir.

“Bu bəyanat Pakistan, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair və xüsusilə də İsraili qınamaq məsələsinə gəldikdə özlərini dinin müdafiəçisi kimi göstərən, əhalisinin əksəriyyəti müsəlman olan digər ölkələr tərəfindən biabırçı şəkildə təslim olmaq deməkdir. Bu həm də Çində Şi Tsinpin rejiminin qlobal ambisiyalarını gerçəkləşdirdiyi halda beynəlxalq məsələlərin nə yerdə olacağı haqa bir təsəvvür yaradır ki, bu da əksər dövlətlərin Pekinin diktə etdiklərinə tabe olduğu və onun cinayətlərini dəstəklədiyi bir dünya deməkdir”, məqalədə bildirilir.

Washington Post yazır ki, Sincan vilayətində tarixi bir miqyasda pozuntuların baş verdiyinə heç bir şübhə yoxdur. “Müşahidəçilərin təxminlərinə görə, 1 milyondan çox uyğur və digər türk müsəlman əsir düşərgələrində saxlanılaraq, Çin dilini öyrənməyə və öz dilləri və dini ibadətlərindən imtina etməyə məcbur edilir. Saxlanılan insanların uşaqları təlim verilmək üçün başqa düşərgələrə aparılır. Almaniya ərazisindən iki dəfə böyük olan regionda qalan 13 milyon müsəlman isə 1 milyondan çox agent, eləcə də geniş izləmə sistemləri tərəfindən ciddi müşahidəyə məruz qalır”, məqalədə bildirilir.

İndoneziya, Türkiyə və Malaziya daxil olmaqla bir neçə mühüm müsəlman ölkəsi Çinin lobbiçilik fəaliyyətlərinə müqavimət göstərərək, məktubu imzalamayıb. Lakin onlardan heç biri nə qədər zəif olsa da, Qərbin məktubuna qoşulmaq üçün kifayət qədər cəsarətli olmayıb.

Washington Post yazır ki, müsəlman ölkələrin bunlara göz yumması Pekinin artmaqda olan iqtisadi nüfuzundan istifadə etmək qabiliyyətini nümayiş etdirir. “Pakistan və Tacikistan kimi məktuba imza atan ölkələr “Bir kəmər, bir yol” infrastruktur layihəsi çərçivəsində Çinin milyardlarla dollar məbləğində investisiyalarından bəhrələnir. Başqaları isə pay ala biləcəklərinə ümid edir. BMT-dəki səfirinin məktubda yalnız Çinin “inkişafla bağlı işlərinin” ünvanlandığını yanlış şəkildə bəyan edən Səudiyyə Ərəbistanının xarici investisiyalara böyük ehtiyacı var” - deyə, qəzetdə qeyd edilir.

Məqalədə daha sonra deyilir: “İndoneziya, Türkiyə və Malayziya daxil olmaqla, bir neçə mühüm müsəlman ölkəsi Çinin lobbiçilik fəaliyyətlərinə müqavimət göstərərək, məktubu imzalamayıb. Lakin onlardan heç biri nə qədər zəif olsa da, Qərbin məktubuna qoşulmaq üçün kifayət qədər cəsarətli olmayıb.”

Washington Post-un baş məqaləsində bu ölkələrin "Birləşmiş Ştatların soyqırımı qınamaqda daha güclü mövqe nümayiş etdirdiyi halda, bəlkə də daha çox qətiyyət göstərə biləcəyi" qeyd edilib. Məqalədə deyilir ki, dövlət katibi Mayk Pompeo keçən həftə Vaşinqtonda Din Azadlığının İrəlilədilməsi üzrə Beynəlxalq sammitdə uyğurlara qarşı münasibəti “əsrin ləkəsi” adlandırıb.

“Lakin konfransda iştirak edən bir uyğur prezident Trampa düşərgələr haqda danışanda, o, təəccüblü görünərək, onların Çində harada olduğunu soruşduqdan sonra “bu ağır məsələdir” deyib. Bu da Səudiyyə Ərəbistanı və Pakistanın tam satılmasından o qədər də uzaq deyil”, Washington Post qəzetinin redaktor heyəti baş məqaləsini belə yekunlaşdırır.

Şərhlərə bax (2)

Bu forum qapanıb
XS
SM
MD
LG