Çin və ABŞ vasitəçiləri dünyanın iki ən nəhəng iqtisadiyyatına malik ölkələr arasında davam edən ticarət müharibəsinə həll yolu tapmaq üçün bu həftə danışıqları bərpa edəcək.
Ağ Ev bildirib ki, üçüncü raund danışıqlar Vaşinqton şəhərində cümə axşamı yüksək səviyyədə aparılmağa başlamazdan əvvəl çərşənbə axşamı və çərşənbə günü aşağı səviyyədə danışıqlar keçiriləcək.
Ticarət danışıqları dekabrda ABŞ prezident Donald Trampla Çin prezidenti Şi Tsinpin arasında Yeni İl günündən başlayaraq 90 gün müddətə tariff mübahisəsini dayandırmaq barədə əldə edilən razılığın nəticəsidir.
Martın 2-nə qədər razılıq əldə edilmədiyi təqdirdə ABŞ administrasiyası Çinə tariffləri 10 faizdən 25 faizə qaldıracağı ilə hədələyib.
Lakin prezident Tramp ötən həftə deyib ki, müzakirələrin gedişindən asılı olaraq o, danışıqların müddətini uzatmağa razılaşa bilər.