Accessibility links

Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması müzakirə edilib


ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycanın Maliyyə Monitorinqi Xidməti və Açıq Hökumət Platforması terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasında vətəndaş cəmiyyəti təşkilatlarından sui-istifadənin qarşısının alınması sahəsində qabaqcıl beynəlxalq təcrübəni müzakirə etmək məqsədi ilə beynəlxalq seminar keçirib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Seminarda dövlət orqanları, vətəndaş cəmiyyəti və beynəlxalq ekspertlər hökumətin və vətəndaş cəmiyyəti təşkilatlarının vətəndaş cəmiyyəti təşkilatlarından sui-istifadədə və istismarının qarşısını almaqda rolunu müzakirə ediblər. Onlar həmçinin vətəndaş cəmiyyəti təşkilatları üçün çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısını almağa yönəlik hesabatlılıq öhdəlikləri sahəsində cari Azərbaycan qanunvericiliyini və onun FATF beynəlxalq qabaqcıl təcrübələrinə necə uyğunlaşdırılmasını müzakirə ediblər.

Seminar USAID-in maliyyələşdirdiyi və Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz, FHI360 və MG Consulting tərəfindən icra edilən Şəffaflıq naminə Vətəndaş Cəmiyyəti Təşkilatları layihəsi çərçivəsində həyata keçirilib.

Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması müzakirə edilib
Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması müzakirə edilib

Məlumatda deyilir ki, Birləşmiş Ştatlar terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə sahəsində müvafiq tədbirlərin görülməsini və icra edilməsini təşviq edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrpunun (Financial Action Task Force-FATF) 39 üzv ölkəsindən biridir.

FATF terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasında vətəndaş cəmiyyəti təşkilatlarından istifadə cəhdlərinin qarşısını almaq, eyni zamanda vətəndaş cəmiyyəti təşkilatlarının cəmiyyətə və hökumətə dəyərli xidmətlər göstərmək imkanını qorumaq şərti ilə ölkələrə yardımçı olmaq məqsədi ilə beynəlxalq qabaqcıl təcrübələr hazırlayıb.

Tədbirdə çıxış edən USAID-in missiya direktoru Cey Sinqx mühüm sosial xidmətlər göstərməkdə və iqtisadiyyatı inkaşaf etdirməkdə vətəndaş cəmiyyəti təşkilatlarının önəmli rolunu vurğulayıb. Cənab Sinqx həmçinin çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi cəhdlərində vətəndaş cəmiyyəti təşkilatları ilə düzgün balansın təmin edilməsinin vacibliyini qeyd edib və bunun çətin olmasını vurğulayıb.

“Qeyd etmək lazımdır ki, terrorizmə qarşı hər hansı effektiv strategiya vətəndaş cəmiyyətini gücləndirməli, zəiflətməməlidir,” Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin vitse-prezidenti Nataliya Burcali qeyd edib.

O əlavə edib ki, “bütün qeyri-kommersiya təşkilatlarının üzərinə ağır hesabat öhdəliklərini qoymaq bir çox hallarda terrorizmin maliyyələşməsi ilə mübarizəyə töhfə vermir, əksinə terrorizmlə mübarizəyə sərf olunmalı olan hökumət resurslarının səmərəsiz xərclənməsinə gətirib çıxarır.”

XS
SM
MD
LG