Accessibility links

Ölkə boyu nümayişlərdə ölənlərin sayı artır


Luisvil şəhərində polis işçilərini pulsuz yeməklə təmin edən restoran sahibinin öldüyünə inanılır.

Öldürülənlər arasında “Mr. Indianapolis” kimi tanının sabiq futbol ulduzu da var. Digər biri isə federal işçidir.

Bu insanlar bir həftə ərzində 46 yaşlı qaradərili Corc Floydun polis tərəfindən saxlanılarkən ölməsinə etiraz olaraq keçirilən nümayişlər zamanı öldürülüb.

İnsanların ölümü Amerika şəhərlərində yaşanan xaos, polisin zorakılıqlara qəddarcasına müdaxilə etməsi, vandalizm və yanğınlar fonunda kölgə altına alınıb.

Öldürülənlərin əksəriyyəti afro-amerikalılardır. Qaradərili ailələrin iğtişaşlar zamanı öz icmalarının daha çox üzvünü itirməsi faciənin dərinləşməsinə səbəb olub.

Maşınların insanların üzərinə sürülməsi kimi hallar da insanların xəsarət alması ilə nəticələnib. Bir polis işçisi başından zərbə alıb, sümükləri qırılıb.

Şəhərlədə ölənlərin dəqiq sayı müəyyənləşdirilməkdədir.

Lakin Amerikanın Səsinin bildiyi faktlar bunlardır:

Luisvill

Milli Qvardiya və yerli polisin nümayişçiləri dağıtmaq məqsədi ilə açdığı atəş nəticəsində 53 yaşlı Afrika mənşəli amerikalı Devid Makati həyatını itirib.

Oakland

53 yaşlı federal hüquq-mühafizə zabiti Patrik Andervud naməlum şəxs tərəfindən maşından açılan atəş nəticəsində ölüb. Digər bir zabit ağır yaralanıb.

İndianapolis

38 yaşlı Kris Biti də daxil olmaqla, 2 nəfər qarşıdurmalar zamanı həyatını itirib.

“Mr. Indianapolis” kimi tanının Bitu şəhərdə bizneslə məşğul olurdu, bir neçə gecə klubu işlədirdi.

Minneapolis

Nümayişlərin baş qaldırdığı vaxtdan ilk ölüm halı olduğuna inanılan 43 yaşlı qaradərili mağaza qarşısında güllə atəşi nəticəsində ölüb.

Mağazanın ağdərili sahibi Kalvin L. Horton oğulun qətli ilə bağlı nəzarət altına alınıb.

Omaha, Nebraska

22 yaşlı qaradərili Omahada iki barın sahibi ilə dalaşarkən öldürülüb. Rəsmilər ittiham barədə məlumat verməyib, lakin güllə atəşinin açılmasını özünümüdafiə adlandırıb.

Detroyt

21 yaşlı gənc Detroytda maşında ikən güllələnib. Polis onun parkinqdə sürücü oturacağında olduğunu bildirib.

Çikaqo ətrafları

Çikaqo yaxınlığındakı Çiçero bölgəsində iki nəfər öldürülüb. Kimlikləri açıqlanmayan həmin şəxsrlərin qarşıdurmalar zamanı həyatlarını itirdikləri bildirilir.

XS
SM
MD
LG