Accessibility links

Ölkədəki mövcud durum müzakirə ediləcək


Müsavat Partiyası
Müsavat Partiyası

Noyabrın 5-də Müsavat Partiyasının təşəbbüsü ilə ölkədəki mövcud durumla bağlı dəyirmi masa təşkil ediləcək.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib.

“Heç bir ilkin şərt irəli sürmədən, ölkədə mövcud durumu müzakirə etmək, çıxış yolları barədə fikir mübadiləsi aparmaq, mümkün olarsa bəzi razılaşmaların təsdiqlənməsi məqsədi ilə nəzərdə tutduğumuz dəyirmi masa olacaq,” Hacılı qeyd edib.

Onun sözlərinə görə, dəyirmi masada iştirak üçün siyasi xadimlər və partiya rəhbərləri dəvət edilib.

“Turan İnformasiya Agentliynin direktoru Mehman Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Xalq Partiyasının sədri Pənah Hüseyn dəyirmi masada iştirak edəcəklərini təsdiq edib. ReAL Partiyasının sədri İlqar Məmmədov müsbət yanaşdığını bildirib və iştirak edəcəyini istisna etməyib. AXCP sədri Əli Kərimli ilə müzakirələr davam etdirilir. Milli Şuranın sədri Cəmil Həsənli isə Azərbaycanda deyil,” o qeyd edib.

XS
SM
MD
LG