Accessibility links

41 ölkədən ibarət koalisiya Çinin Sincan bölgəsindəki düşərgələrə giriş tələb edir


41 ölkədən ibarət koalisiya ağır şərtlər altında həbs olunduğu iddia edilən bir milyona yaxın müsəlman uyğurun vəziyyətini yoxlamaq üçün Çinin Sincan bölgəsindəki düşərgələrə girişə çağırır.

Kanada çərşənbə axşamı BMT-nin İnsan Hüquqları Şurasında bölgələrarası ortaq bəyanat verib. Ottavanın BMT üzrə səfiri Lesli Norton Cenevrədəki təqdmiatında bu insan haqları məsələsinin təcili ələ alınması vacib olduğunu vuğulayıb.

O bildirir ki, "Etibarlı məlumatlar Sincanda bir milyondan çox insanın yarğısız həbs olunduğu, Uyğurlar və digər azlıqların nümayəndələrini hədəf alan geniş izləmə sistemi, eləcə də əsas azadlıqlar və uyğur mədəniyyətinə məhdudiyyətlər qoyulub".

Lesli Norton əlavə edir ki, bundan əlavə işgəncə və ya qəddar davranış, insanlıqdan kənar və alçaldıcı rəftar və ya cəza, məcburi sterilizasiya, cinsi qısnama və cinsi zorakılıq rəsmilər tərəfindən uşaqların valideynlərindən zorla alınması barədə məlumatlar var.

Norton koalisiya adından Çindən tələb edib ki, BMT-nin insan haqları üzrə yüksək komissarı da daxil olmaqla, müstəqil müşahidəçilərin Sincana dərhal və məhdudiyyətsiz girişinə icazə versin.

Bu tələb hüquq müdafiəçisi Mişel Başelenin bazar ertəsi məclis iclasının açılışında etdiyi oxşar tələbinin ardınca gəlib.

"Mən Sincan Uyğur Muxtar Bölgəsinə giriş elədə etmək də daxil olmaqla, Çin ilə üsulları müzakirə etməkdəə davam edirəm və xüsusi ilə də ciddi insan haqları pozuntularına dair məlumatlar gəlməyə davam etdikcə səfərin bu il baş tutacağına ümid edirəm" - deyə, o bildirib

Rəsmi Pekin həbs düşərgələrini dini ekstremizmin və terror hücumlarının dayandırılmasına yönəlmiş peşə mərkəzi kimi xarakterizə edib.

Lakin Çin bu səfərin günahkarlıq ehtimalına görə "araşdırma" üçün deyil, dostluq səfəri olması şərti ilə Sincan da daxil olmaqla, ali komissarın ölkəyə səfərini məmnuniyyətlə qarşıladığını bildirir.

Çin, həmçinin Sincan bölgəsinə girişin əldə edilməsi üçün ortaq çağırışa fərqli cavab verib. Belə ki, Nazir Jiang Duan sadəcə olaraq bu çağırışa məhəl qoymayaraq, əvəzində Kanadada yerli xalqların məruz qaldığı ciddi insan haqları pozuntuları ilə bağlı dərin narahatlığını ifadə edib. Onun bu bəyənatı yeddi ölkə - Rusiya, Belarus, Şimali Koreya, Venesuela, İran, Suriya və Şri- Lanka tərəfindən dəstəklənib.

“Tarixən Kanada yerli xalqların torpaqlarını qarət edib, öldürüb və mədəniyyətlərini kökündən məhv edib... Yerli xalqlara, xüsusilə də uşaqlara qarşı cinayət hallarının hərtərəfli və qərəzsiz araşdırılmasına çağırırıq" - deyə, Jiang Duan bildirib.

Kanada səfiri yerli xalqların hələ də sistematik irqçilik, ayrıseçkilik və haqsızlıqlarla qarşılaşdığını etiraf edib, lakin hökumətinin bu səhvləri düzəltməyə çalışdığını bildirib.

XS
SM
MD
LG