Accessibility links

"Ölmək və bu vəhşilikləri görməmək" - Çeçen bloqqeri Polşadan deportasiya olunandan sonra nə gözləyir


Polşa hökuməti çeçen bloqer Tumso Abduraxmanovu Rusiyaya deportasiya etmək istəyir.

Bu barədə onun özü Nastoyaşeye Vremyaya bildirib. Onun sözlərinə görə, Polşa miqrasiya xidməti ona lazımi sənədləri təqdim edib. Bu o deməkdir ki, deportasiya qərarı hələ yekunlaşdılmayıb, lakin o istənilən vaxt ölkədən çıxarıla bilər.

Daha öncə Abduraxmonova artıq iki dəfə sığınacaq verməkdən imtina ediblər. Bloqerin sözlərinə görə, Polşa höküməti onu ölkənin milli təhlükəsizliyinə hədə təşkil etdiyinə inanır. Eyni zamanda, Polşanın Qaçqınlar üzrə Şurası Abduraxmanovun ailəsini sığınacaqla təmin edib. Onu vətənində özünün saxta adlandırdığı cinayət işi gözləyir.

Tumso Abduraxmanov 2015-ci ildə həmin dövrdə Çeçenistan hökümətinin başçısı İslam Kadırovla münaqişədən sonra ölkədən qaçıb. O, Kadırovun avtomobil karvanını buraxmadığı üçün saxlanılmışdı. Məmur Tumso Abduraxmanovun telefonunu yoxlayan zaman ekstremist materiallar tapdığını iddia edib. Abduraxmanovun sözlərinə görə, bundan sonra, o İslam Kadırovun evində dəfələrlə məcburi saxlanılıb və təhdid edilib.

Bloqer əmindir ki, Rusiyada onu cinayət təqibi ilə yanaşı, işgəncələr də gözləyir. Sizə sənədlər verilib, onlarda nə deyilir?

— Dekabrın 20-si əməkdaşlar mənim evimə gəlib, sənədlərlə dolu qovluğu mənə veriblər, onların işərisində ən əsas sənəd- xarici vətəndaşın məcburi ölkəsinə qaytarılmasını haqda bildiriş də var. Bu o deməkdir ki, onlar məni ölkədən məcburi çıxarmaq - Polşa ərazisindən deportasiya etmək prosesinə başlayıblar. Bundan əlavə, Polşa məni ölkədə müəyyən səbəblərə görə təhlükə yaradan xarici vətəndaşların siyahısına əlavə ediblər. Radanın qərarına görə məni ölkənin təhlükəsizliyə hədə elan ediblər. Bu isə mənim vəziyyətimini daha da çətinləşdirir. Məhkəmə işlərində olduğu kimi- ağırlaşdırıcı və yüngülləşdirici hallar olur, mənim vəziyyətimdə bu, ağırlaşdırıcı haldır.

— Ölkədən çıxarılma təhlükəsi nə dərəcədədir, bu proses nə cür baş verir?

— Polşa qanunvericiliyinə əsasən, ilk prosesdə sığınacaq alıb, sonra 2 dəfə bir-birinin ardınca mənfi cavab aldıqda, bu, sənin işinə tam baxıldığı və sənə rədd cavabı verildiyi deməkdir. Sən işi apelyasiyaya verə bilərsən, yenidən sığınacaq üçün müraciət edə bilərsən, ikinci məhkəmə işinə başlaya bilərsən, lakin bu, sənə deportasiya olunmaq immuniteti verməyəcək. Polşa sərhəd xidməti səni deportasiya etmək əsasında məhkəmə işi başlada bilər. İkinci etirazı apelyasiaya etsən belə, yenidən müraciət etsən, sənin işinə sən ölkədə olmadan baxa bilərlər. Yəni səni ölkəyə göndərib, burada sənin işinə baxacaqlar. Mən ikinci imtinanı sentyabr ayında almışam. Mənə ölkəni tərk etmək üçün 30 gün möhlət qoymuşdular. Həmin vaxt ərzində mən ölkəni və ümumiyyətlə Şengen ərazisini tərk etməli idim. Bunu etmədiymə görə, artıq mən qanunu pozmuş sayılıram və Polşa höküməti mənə qarşı məhkəmə işi açıb. Mənə sərhəd xidmətinə sorğu-sual üçün çağırış vərəqəsi verilib. İstənilən an təyyarəyə mindirib Rusiya hökümətinə təhvil verə bilərlər.

— Lakin bundan öncə Polşa sizin təhlükədə olduğunuzu qəbul etmişdi?

— Polşa hakimiyyəti mənim təhlükədə olduğumu təsdiq etdi. Bunun əsasında, mnim ailəmə sığınacaq verilib. Yəni imtina qərarının özündə, mənim vətənimə döndüyümdə həqiqətən də təhlükədə olduğum göstərilib. Amma eyni zamanda, məni burada təhlükəli hesab ediblər. Onlar üçün mənim Rusiyada öldürülməyim, buradakı cüzi təhlükə yarada biləcəyimdən daha yaxşıdır. Bunu etmələrinin səbəbini bilmirəm. Polşa təhlükəsizlik işçilərinin gizli səndlərində nə yazıldığını və mənim hansı səbəbdən təhlükəli hesab etdiklərini bilmirəm. Mən çıxılmaz vəziyyətdəyəm, müdafiə oluna belə bilmirəm. Bu ,əlbəttə ki, mənim hüquqlarımın pozulması deməkdir. Amma təəssüf ki, mən artıq bu vəziyyətdəyəm.

— Sizcə Rusiyaya deportasiya edildiyiniz halda sizi orada nə gözləyir?

— Mənim harasa getmək və ya getməmək kimi seçim imkanım olmayacaq. Mən federal axtarışdayam. Rusiyaya çatan kimi, məni həbs edib Çeçenistana Kadırovların əlinə göndərəcəklər. Qanuna əsasən, məni məhkəmə işinin açıldığı yerə göndərməlidirlər. Mənim hara getmək kimi seçim imkanım yoxdur. Buna görə də, mənim özümə qəsd etməkdən başqa seçimim yoxdur. Mənim heç bir planım yoxdur. Vəhşilikləri, işgəncələri hiss etməmək üçün yalnız ən tez zamanda həyatda getməyi düşünürəm. Özümə qəsd etməkdən başqa bir çıxış yolu görmürəm.

— Sizcə Çeçenistanda sizə işgəncə verəcəklər?

— Buna heç bir şübhəm yoxdur. Onların bütün cinayətlərinin üstünü açdığıma görə, bütün yeni işgəncələri mənim üzərimdə yoxlayacaqlarına əminəm. Mən müşahidə obyekti olub, bunların hamısının üzərimdə yoxlanmasını istəmirəm. Buna şübhə etməməkk üçün misallar da var. Məsələn, Oyub Titiyev, məndən dəfələrlə nüfuzlu və əhəmiyyətli adamdır. Onu narkoman kimi həbsdə saxlayırlar. Ona qarşı işgəncə tətbi olunmur. Amma düzdür, mən həqiqəti bilmirəm. Lakin mənə qrşı onlar işgəncələrin olacağını gizlətmirlər.

— O zaman siz Avropa Birliyinin başqa ölkəsində sığınacaq istəyə bilərsinizmi?

— Xeyr, mənim belə bir imkanım yoxdur. Qanuna əsasən, mənim Şengen zonasındakı heç bir ölkəyə getmək icazəm yoxdur. Şengen zonasında olmayan ölkəyə də getmək imkanım yoxdur. Çıxış yolu yoxdur. Əlbəttə, qeyri-qanuni Avropa Birliyinin və ya Şengen zonasının başqa ölkəsinə gedə bilərəm. Lakin bunu etmək istəmirəm. Ailəm də burada, Polşada sığınacaq alıb, övladlarım burada məktəbə gedir, artıq polyak dilini az da olsa bilirlər, müəyyən inteqrasiya var. Mən ölkəni dəyişmək istəməzdim. Burada qalmaq istərdim, sakit yaşamağım üçün imkan verilməsini istərdim.

XS
SM
MD
LG