Accessibility links

Ötən il Almaniya iqtisadiyyatındakı artım son beş illə müqayisədə ən aşağı səviyyədə olub


Ötən il Almaniya iqtisadiyyatındakı artım son beş illə müqayisədə ən aşağı səviyyədə olub
please wait

No media source currently available

0:00 0:01:22 0:00

Almaniya iqtisadiyyatı 2018-ci ildə 1.5 faiz artıb. Çərşənbə axşamı açıqlanan statistikaya görə isə, bu, ötən illə müqayisədə daha yavaş və ümumilikdə son beş ilin ən yavaş artımıdır. Bu göstərici Avropanın ən böyük iqtisadiyyatındakı təchizatçıların ticarət gərginliklərinin təsirinə məruz qaldığını göstərir.

Mühnendə hava limanının təhlükəsizlik işçiləri daha yaxşı maaş və iş şəraiti tələb etməyə davam edir. Onlar artıq ikinci həftədir tətil edir.

Almaniya iqtisadiyyatının sadəcə 1.5 faiz artması bütün Avropaya, hətta Birləşmiş Krallığa da təsir göstərir, çünki bizim ixraclarımızın çoxu Avropaya, xüsusilə də Almaniyaya gedir.
Viki Prays

Milli Statistika İdarəsinin açıqladığı yeni məlumatlara əsasən isə Almaniya iqtisadiyyatı yavaşlayır.

2018-ci ildə Ümumi Daxili Məhsul yalnız 1.5 faiz artıb. Bu isə son beş ildə ən aşağı göstəricidir.

“Almaniya iqtisadiyyatının sadəcə 1.5 faiz artması bütün Avropaya, hətta Birləşmiş Krallığa da təsir göstərir, çünki bizim ixraclarımızın çoxu Avropaya, xüsusilə də Almaniyaya gedir”, Birləşmiş Krallığın İqtisadiyat və Biznes Araşdırmaları Mərkəzinin baş iqtisadi müşaviri Viki Prays söyləyir.

Ötən il iqtisadiyyata ən çox daxili tələb təkan verib. Belə ki, həm məişət istehlakı, həm də dövlət xərcləri artıb.

Lakin yavaşlayan qlobal iqtisadiyyat nəticəsində Almaniyanın ixracları azalıb. Buna Almaniyanın avtomobil sektoruna ziyan vuran ABŞ-ın ticarət sahəsindəki proteksionizm siyasəti kimi böhranlar səbəb olub.

Bundan əlavə isə Britaniyanın mart ayında heç bir razılıq olmadan Avropa İttifaqını tərk etmək riski də rol oynanıb.

Almaniya kansleri Angel Merkel
Almaniya kansleri Angel Merkel

Üçüncü rübdə artımın azalmasının ardından, dördüncü rübdə müşahidə olunan artım Almaniyanın tənəzzülə uğramasının qarşısını alıb.

Lakin bəzi təhlilçilər deyir ki, bunlar hamısı Almaniyanın artımının pik nöqtəsinə çatdığına işarədir.

Digər Avropa ölkələrində müşahidə olunan bənzər aşağı göstəricilər də, Avropa Mərkəzi Bankının yaxın gələcəkdə faiz dərəcələrini dəyişməsini çətinləşdirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG