Accessibility links

Ötən parlament seçkiləri nə ilə yadda qaldı?


Ötən parlament seçkiləri nə ilə yadda qaldı?
please wait

No media source currently available

0:00 0:10:10 0:00

1 il əvvəl 9 fevral tarixində Azərbaycanda parlament seçkiləri keçirilib. Bu, seçkilər müstəqillik tarixində ilk növbədənkənar parlament seçkiləri idi. Növbədənkənar parlament seçkilərindən sonra 125 deputatdan 79-u dəyişməyib.

Seçkilərdən bir gün sonra ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, AŞPA və ATƏT-in Parlament Asambleyası ilə birgə müşahidə missiyası növbədənkənar parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin demokratik normalara uyğun olmadığını bəyan edib və seçkidə bir sıra pozuntunun olduğunu açıqlayıb.

Seçkilərdən sonra narazı namizədlər MSK-nın önündə etiraz aksiyalarına cəhd edib. Bu aksiyaların qarşısı polis tərəfindən alınıb və iştirakçıların bir çoxu saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

2020-ci ildə parlament seçkilərinə müstəqil namizəd kimi qatılan Bəxtiyar Hacıyev deyir ki, o, 2005-ci ildən parlament seçkilərinə ya müşahidəçi, ya da namizəd kimi qatılıb. Onun fikrincə, 2020-ci ildə keçirilən parlament seçkiləri ən saxtakar və ifşa olunmuş, ən çox narazılıq yaradan seçkilər kimi yadda qaldı.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı deyir ki, 2020-ci ildə keçirilən parlament seçkilərində seçkiöncəsi mühit daha yumşaq idi. Həm namizədlərə, həm də müşahidəçilərə qarşı əvvəlki dövrdə baş verən təzyiqlər olmadı, amma buna baxmayaraq, seçkilərin nəticəsi qənaətbəxş olmadı. Onun fikrincə, seçki günü kütləvi saxtalaşdırma oldu, parlament yerli və beynəlxalq qanunlara zidd şəkildə formalaşdı.

Bəşir Süleymanlı 2020-ci ildə keçirilən parlament seçkilərində qeydə alınmış bir neçə pozuntunu şərh edib.

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü və Demokratik Təşəbbüslər İnstitunun rəhbəri Akif Qurbanov deyir ki, bu dəfəki seçkidə seçki pozuntuları daha çox ifşa olundu. Onun məlumatına əsasən, onlar 200-dən çox namizədin və seçkidə iştirak edən tərəfin hüquqlarının müdafiəsi ilə məşğul olublar. Akif Qurbanovun bildirdiyinə görə, demək olar ki, şikayətlərin əksəriyyəti hərtərəfli qaydada qanunun tələbinə uyğun olaraq araşdırılmadı, nə də adekvat qaydada tədbirlər görülmədi.

2020-ci ildə parlament seçkilərinə müstəqil namizəd kimi qatılan Rəbiyyə Məmmədova isə deyir ki, bu seçkilər onun yaddaşında heç də xoş xatirələr buraxmayıb. Onun sözlərinə görə, o seçkidə qeyd edilən pozuntular barədə şikayət versə də, məhkəmənin qərarı adekvat olmayıb.

Şərhlərə bax

XS
SM
MD
LG