Accessibility links

Özü COVID-19-dan sağalıb, komadan oyananda isə həyat yoldaşının öldüyünü öyrənib


Karen Nasembeni

2020-ci ilin mart ayının əvvəli idi. Karen Nasembeni və onun 20 illik həyat yoldaşı Stiven Riçard xəstələnmişdilər. Həkimlər onlarda sinus infeksiyasının və başqa bir naməlum virusun olduğunu söyləmişdi. Həkimlər onlara antibiotik verib, evi yollamışdı.

“O zaman bura Vəhşi Qərb idi,” daha sonra COVID-19 diaqnozu qoyulan Nasembeni deyir. “Heç kəs bunun nə olduğunu və ya nə dərəcədə ciddi olduğunu bilmirdi. Amma biz çox xəstə idik. Vəziyyət isə belə olur ki, sən o qədər oksigensiz qalırsan ki, mühakimə qabiliyyətini itirirsən.”

Karen xatırlayır ki, həyat yoldaşı Stiven o qədər zəif idi ki, o, qonaq otağında belə stulda otururdu, çünki yumşaq divanda oturanda ayağa qalxa bilmirdi.

“Biz mənim daha öncə şahid olmadığım tamamilə letargiya vəziyyətində idik. Mən daha öncə bir neçə ay ciddi sətəlcəm olmuşam, amma bu ondan çox pis idi. O qədər oksigen çatışmazlığı yaşayırsan ki, özünü sərsəm kimi hiss edirsən,” Nasembeni xatırlayır.

Karen Nasembeni və mərhum həyat yoldaşı Stiven Riçard
Karen Nasembeni və mərhum həyat yoldaşı Stiven Riçard

Nəhayət həkim onların COVID-19-a, yəni koronavirusun səbəb olduğu xəstəliyə yoluxduqlarından şübhələnir və onlara xəstəxananın təcili yardım şöbəsinə getmələrini tövsiyyə edir. Orada tibb işçiləri ilk olaraq Karenin ərinə yardım göstərirlər.

“Biz maşında gözləməli idik. Onlar gəlib, birinci onu apardılar. O başını çevirib məni ödü və ‘səni sevirəm’ dedi. Bu son dəfə idi ki, mən onu görürdüm,” Karen deyir.

Bu 17 mart 2020-ci ildə baş verib. Stiven Riçard bundan bir həftə sonra 58 yaşında vəfat edib. O, Massaçusets ştatında bu xəstəlik səbəbilə ölən ilk insanlardan biridir. Bundan qısa müddət sonra isə xəstəlik Birləşmiş Ştatlar boyu yayıldı və indiyədək ölkədə 520,000, dünya boyu isə 2.5 milyondan çox insanı öldürüb. Riçarddan beş gün sonra 99 yaşlı atası, İkinci Dünya Müharibəsi veteran Örl, bir neçə gün sonra isə dostu həyatını itirib.

Amma Massaçusetsdə teatr meneceri vəzifəsində çalışan Karenin bundan xərəbi olmayıb. O, vəziyyəti pisləşdiyi üçün süni komaya salınıb. 31 gün sonra isə tamamilə fərlqi bir dünyaya gözünü açıb.

“Mən oyananda ərim, qaynatam və dostumun öldüyün xəbərini aldım. Mən həmçinin işimi itirdim, çünki mən böyük bir teatrda işləyirdim, teatr isə bağlandı. Faktiki olaraq mən hər şeyimi və az qalsın öz həyatımı belə itirmişdim,” o deyir.

Stiven Riçard və atası Örl
Stiven Riçard və atası Örl


Karen bir neçə həftə müalicə olunub, bundan əlavə dörd ay isə bacısının ailəsi ilə yaşayıb və orada gücünü toplayaraq, yenidən yürüməyi öyrənib.

Müalicəsi zamanı Karenə ailəsi, dostları və North Shore Musiqi Teatrındakı iş yoldaşları böyük dəstək verib. Onlar Riçardın adına təqaüd fondu yaradıb, ianə toplayıblar.

“Stiven bəlkə də mənim həyatımda rastıma çıxan ən mehriban insan idi. O həmişə başqaları üçün nə isə edirdi. O, elə insan idi ki, balaca uşaqlar və heyvanlar dərhal onun quçağına qaçardı. Onun gözəl, yumşaq qəlbi var idi. Və məncə o insanların onun ölümünə görə nə qədər kədərləndiyini bilsə çox təəccüblənərdi,” Karen söyləyir.

Karen Nasembeni COVID-19-dan sağalandan sonra evinə qayıdıb.
Karen Nasembeni COVID-19-dan sağalandan sonra evinə qayıdıb.

İnşaat meneceri olan Riçard ölmədən öncə evində təmir edirdi. Ksren deyir ki, onun müalicəsi bitəndən sonra evinə dönə bilməsini təmin etmək üçün 80-dən çox insan təmiri bitirmək üçün ona yardım edib. Üzərindən bir il keçməsinə baxmayaraq, onlar hələ də ona yemək gətirirlər.

Bu dərəcədə sevgi və dəstək Karenə son bir ildə yaşadıqlarına baxmayaraq həyatını davam etməyə yardım edir.

“Bütün bu ağır kədər və itkilər zamanı mənə inanılmaz dərəcədə sevgi və dəstək axını oldu. Bunun sayəsində də mən diqqətimi şükr etməyə yönəltdim. Məsələn, ‘Allahım kaş Stiven 30 il daha mənimlə olardı’ deyə düşünmək yerinə ‘Mən çox şanslıyam ki, bu inanılmaz insanla 30 il birlikdə yaşadım’ deyə düşünməyə başladım,” Karen söyləyir.

Karen Nasembeni sağalandan sonra tibb işçilərinə təşəkkürünü bildirmək üçün Lahey Hospitalını ziyarət edib.
Karen Nasembeni sağalandan sonra tibb işçilərinə təşəkkürünü bildirmək üçün Lahey Hospitalını ziyarət edib.

İndi isə Karen COVID-19-dan sonra gözlənilməz sağlamlıq problemləri yaşayır.

“Xəstəxanadan evə buraxılanda qan analizim göstəriciləri yaxşı idi. Amma dörd-beş ay keçəndən sonra mən iki həftə boyunca üzrək monitoru taxırdım, çünki ürək döyüntüm yüksək idi. Sonra böyrək göstəricilərim yüksəldi. Yəni bunlardan hansının olacağını bilmirsən,” o deyir.

Xəstəlik zamanı Karenin saçları da töküldü. O, teatrda çalışarkən uzun saatlar işləyirdi, amma indi gündə 12-14 saat işləməyi təsəvvür edə bilmir. O, insanların pandemiyadan bezmələrini anlayır, amma ümid edir ki, onların özlərini qorumağa davam edəcəklərinə ümid edir ki, onlar da onun yaşadıqlarını yaşamasınlar.

“Mən sağalandan sonra xəstəxananın COVID qolunda reanimasiya şöbəsində uzun müddət müəyyən pozada qaldıqları üçün boyunlarında sinir kökcüyünün ömürlük zədələndiyi insanları gördüm. Hələ də hər gün çox sayda insan ölür. Siz isə belə bir şeyi riskə almaq istəməzsiz, çünki sizin sağlamlığınıza dəyə biləcək ömürlük ziyan dəhşətlidir,” o bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG