Accessibility links

Rusiyalı qadının hekayəsi Hollivud filmi üçün ssenari ola bilər


Rusiyada dünyaya gəlmiş bir qadın özünü almaniyalı varis kimi qələmə verərək bank, otel və dostlarından yüz minlərlə dollar pul mənimsədiyinə görə 12 il həbsə məhkum edilib.

Özünü Anna Delvey kimi qələmə verən 28 yaşlı Anna Sorokin ittiham edildikdən bir ay sonra cümə axşamı Nyu-York məhkəməsində onun barəsində qərar çıxarılıb.

“Məncə biz hər ikimiz məhkəmənin nəticəsindən məmnunuq. Əlbəttə, biz onun daha az müddət alacağına ümid edirdik, amma bu da gözlənilən idi” - deyə, Anna Sorokinin vəkili Todd Spodek bildirib.

Anna həmçinin 24 min dollar cərimə edilib və qurbanlarına təxminən 200 min dollar qaytarmalıdır.

Sorokinin hekayəsi Hollivud filmi üçün maraqlı ssenaridir. Müxbilərin sözlərinə görə, iki tanınmış ssenarist artıq onun hekayəsi üzərində işləyir.

XS
SM
MD
LG