Accessibility links

''Öz cinayətlərinə Rusiyanı da şərik etmək istəyirlər''


''Öz cinayətlərinə Rusiyanı da şərik etmək istəyirlər''
please wait

No media source currently available

0:00 0:09:57 0:00

Son günlər Azərbaycan mətbuatında onun Rusiya casusu olması barədə dərc olunan yazılara münasibət bildirən Orduxan Temirxanın sözlərinə görə, həmin yazılar araşdırmalardan daha çox, özü haqqında paylaşdığı açıq məlumatların götürülüb çızma-qara edilməsidir.

Bu araşdırma yox, cızma-qaradır.

''Mən hər zaman özüm haqqında, harda doğulduğum, harda yaşadığım, harda qulluq etdiyim haqqında həm Facebook profilimdə, həm də canlı yayımlarımda ətraflı məlumat verirəm. Bunların yazdıqları isə araşdırma yox, cızma-qaradır. Həmin yazılarda mənim doğulduğum, xidmət etdiyim yerlər və şəkillər doğru göstərilsə də, adları çəkilən komandirlərin heç biri mənim komandirim olmayıb.''

Orduxan Temirxan sovet ordusunda xidmət edərkən. (Foto Orduxan Temirxanın Facebook səhifəsindən götürülüb)
Orduxan Temirxan sovet ordusunda xidmət edərkən. (Foto Orduxan Temirxanın Facebook səhifəsindən götürülüb)

Siyasi fəal əlavə edib ki, casus kimi məhz QRU-nun adının çəkilməsi də təsadüfi deyil. Cənab Temirxan özünə qarşı sui-qəsd planlaşdırılmasından və bunu QRU-nun adını çəkərək ört-basdır edilməsindən şübhələnir.

''QRU-nun adını çəkirlər ki, guya Azərbaycan hakimiyyəti tərəfindən QRU-nun bir agenti açıqlandı və agentlik onu zərərsizləşdirdi. Yəni bunlar bu yolla Rusiyaya belə şər atırlar, öz cinayətlərinə Rusiya dövlətini şərik etmək istəyirlər.''

2009-cu ildən etibarən Avropada aktiv siyasi fəaliyyətlə məşğulam.

Haqqında dərc olunan yazılarda Orduxan Temirxanın niyə məhz 2015-ci ildən sonra siyasi fəaliyyətə başlanması iddialarına aydınlıq gətirən siyasi fəal bildirib ki, 1990-cı illərdən etibarən bu və ya digər şəkildə siyasi proseslərdə iştirak edib.

''1990-cı ildə 20 yanvar günü qardaşımla birlikdə Azadlıq meydanında Rusiyanın desant briqadasından olan əsgərlərlə əlbəyaxa davaya çıxmışam. Demişəm ki, mən həmin briqadada xidmət etmişəm, amma indi siz mənim vətənimi işğal etmisiz və mən də öz vətənimi qoruyuram. Xaricdə yaşadığım müddətdə bütün mitinqlərdə iştirak etmişəm, tətilimi belə Azərbaycan seçkilərinə salırdım ki, gedim ordakı proseslərdə iştirak edim. Avropada isə fəal olaraq 2009-cu ildən aktiv siyasi fəaliyyətə başlamışam.''

Casus ittihamı ilə üzləşdikdən sonra ötən il müəmmalı şəraitdə ölən Azərbaycan əsgərləri və zabitlərinin talelərinə diqqət çəkən siyasi fəal hökumətin hədəf aldığı şəxslərə qarşı "casus" ittihamını tez-tez işlətdiyinə diqqət çəkib.

XS
SM
MD
LG