Accessibility links

Özbəkistanın sabiq prezidentinin qızı ev dustaqlığından koloniyaya göndərildi


Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova Daşkənddə saxlanılıb. Bu barədə onun qızı İman İnstagramda yazıb.

“Özbəkistan prokurorluğunun işçiləri təxminən saat 19:00-da anamın 2018-ci ildən şərti azadlığa buraxıldıqdan sonra yaşadığı mənim Daşkənddəki mənzilimə basqın ediblər. Onlardan biri “rəhbərlik” adından anama təhdidlər edib, bir qədər sonra isə digər prokurorluq işçiləri ilə birgə mənzilə basqın edərək, anamı mənzildən qeyri-müəyyən istiqamətdə aparıb”, İman yazıb.

Özbəkistan baş prokurorluğu Gülnarə Kərimovanın saxlanıldığını təsdiq edib. Prokurorluq bunu azadlıq məhdudiyyətini cəza koloniyası ilə əvəz edən məhkəmənin qərarına əsaslanaraq etdiyini deyib.

"Özbəkistan Respublikası Daxili İşlər Nazirliyinin nəzdindəki Probasiya Xidmətinin təqdimatına əsasən, cəzanın icrası qaydası və şərtlərinin ciddi şəkildə pozulması ilə əlaqədar olaraq, Yaşnabad Rayon Məhkəməsinin 5 yanvar 2019-cu il tarixli hökmü ilə cinayət-icra qanunvericiliyinə uyğun olaraq G.Kərimovanın cəzasının qalan müddətini azadlıqdan məhrumetmə ilə ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi qərara alınıb", Baş Prokurorluq bildirib.

Prokurorluq şərti azadlığın ümumi rejimli koloniya ilə əvəzlənməsini Gülnarə Kərimovanın azadlıq şərtlərini pozması ilə izah edib. O, İnternet də daxil olmaqla ünsiyyət vasitələrindən istifadə etmək və " cinayət işi üzrə müəyyən edilmiş zərərin ödənməsinə fəal şəkildə mane olmaqda" günahlandırılır.

  • 2015-ci ildə İsveç, İsveçrə və ABŞ-da Kərimovaya qarşı cinayət işi qaldırılıb: o, bir milyard dollara yaxın məbləği mənimsəməkdə ittiham olunub. İlk öncə, Kərimovanın ən azı altı telekommunikasiya şirkətindən (Özbəkistanda olan mobil operatorlar və WiFi və WiMAX və kabellərin çəkilməsini təmin edən şirkətlər) rüşvət alıb.
  • Özbəkistanda Kərimovanı həmçinin 53 milyon dollar dəyərində maliyyə fırıldaqçılığında ittiham olunub. 2017-ci ildə ölkənin Baş Prokurorluğunun məlumatına görə, Kərimova vergidən yayınma, oğurluq, qəsb və ofşor şirkətlərinin sənədlərinin məhv edilməsinə görə 10 il müddətinə azadlıqdan məhrum edib. Ancaq bir il sonra Daşkənd Rayon Məhkəməsi cəzanı 5 il azadlıqdan məhrumetmək (ev dustağı) ilə əvəz edib.
  • Pulun çox hissəsi - 800 milyon İsveçrə frankı (təxminən 800 milyon dollar) İsveçrə banklarında tapılıb və saxlanılıb. İyulun 31-də İsveçrənin Federal Məhkəməsi Kərimovanın hesabının dondurulması barədə appelyasiya qərarını rədd edib. Bu o deməkdir ki, pullar yaxın zamanda Özbəkistanın hakimiyyət orqanlarına qaytarıla bilər.
XS
SM
MD
LG