Accessibility links

Özbəkistan prezidentinin oğlu, kürəkənləri və nəvəsi Dubay əmirinin oğullarının toy mərasimində iştirak ediblər


Özbəkistan prezidentinin 10 yaşlı oğlu Alişer Mirziyoyev, iki kürəkəni - Oybek Tursunov və Otabek Umarov, o cümlədən dövlət başçısını nəvəsi Miromon, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmiri şeyx Məhəmməd ibn Rəşid əl-Məktumun oğullarının 6 iyun tarixində keçirilən toy mərasimində iştirak ediblər.

Prezident ailəsi üzvlərinin şeyx əl-Məktumun oğullarının toyunda iştirakı haqda Şövkət Mirziyoyevin kiçik kürəkəni Otabel Umarovun mərasimdən çəkilən fotonu özünün Instagram səhifəsində yerləşdirməsindən sonra məlum olub.

Fotoda Dubay əmirinin Mirziyoyevin oğlunun çiyinlərini əllərini qoyaraq dayandığını, Özbəkistan rəhbərinin kürəkənlərin isə bəylərin biri ilə eyni sırada dayanması görünür.

Özbəkistan prezidentinin böyük kürəkəni Oybek Tursunov prezident adminisrasiyası rəhbərinin, ikinci kürəkən Otabek Umarov isə prezidentin təhlükəsizlik xidməti rəhbərinin birinci müavinləridir.

Azadlıq Radiosunun Özbək xidmətinin bildirdiyinə görə, ailə üzvlərinin toyda Şövkət Mirziyoyevi təmsil etdikləri və ya Dubay əmirinin şəxsi dəvəti ilə iştirak etdikləri məlum deyil. Özbəkistan prezidentinin mətbuat xidməti Dubayın birinci ailəsinin toy mərasimində iştirakı haqqında məlumat verməyib.

Dubay əmiri Ramazan bayramı günü üç oğlunu birdən evləndirib. Toyda əsasən Ərəb ölkələrindən gələn xarici qonaqlar iştirak edib. Mərasim Dubayın Beynəlxalq Ticarət Mərkəzində keçirilib.

Özbəkistan prezidenti Şövkət Mirziyoyev Dubay əmiri şeyx Məhəmməd ibn Rəşid əl-Məktum ilə bu ilin mart ayında Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı görüşüb.

Həmin zaman Özbəkistan kütləvi informasiya vasitələri ölkə rəhbərinin BƏƏ-yə səfərini “məhsuldar” adlandıraraq, səfər zamanı 10 milyard dollar həcmində investisiya layihələrinin və proqramlarının reallaşdırılması ilə bağlı razılığın əldə edildiyini bildirmişdi.

​Özbəkistanın rəhbər elitasının Dubay şeyxi və əmirləri ilə hələ mərhum prezident İslam Kərimovun vaxtından yaxın münasibətləri olub.

Azadlıq Radiosunun redaksiyasının əlində olan Dubayın daşınmaz əmlak reyestrinə əsasən, Özbəkistanın keçmiş və indiki rəhbərliyi üzvlərinin çoxunun Dubay ərazisində daşınmaz əmlakları, şirkətləri və bank hesabları var.

İslam Kərimovun idarəçiliyi dövründə ağır iqtisadi cinayətlər törətməkdə ittiham edilən böyük iş adamları da Dubayda sığınacaq alıblar.

XS
SM
MD
LG