Accessibility links

Özbəkistan prezidentinin qızı ölkənin xaricdəki imicini inkişaf etdirəcək


Özbəkistan prezidentinin böyük qızı Səidə Mirziyoyevə prezident aparatının nəzdində İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktor müavini təyin olunub.

Prezident aparatının rəhbəri aprelin 12-də kollegiya iclası zamanı agentliyin yeni idarə heyətini təqdim edib. Üç müavindən biri Özbəkistan prezidenti Şövkət Mirziyoyevin böyük qızı Səidə Mirziyoyevadır.

Prezident Mirziyoyevin qızının agentlik daxilində xaricdə
"Özbəkistanın müsbət imicini yaratmaq" məsələsinə cavabdeh olacaq. O həmçinin agentliyin işini dövlət orqanlarının mətbuat xidmətləri ilə koordinasiya edəcək.

Prezident seçkiləri zamanı səsvermədən sonra prezident Şövkət Mirzəyev ailəsi ilə birlikdə, Daşkənd, Özbəkistan. 4 dekabr, 2016-cı il.
Prezident seçkiləri zamanı səsvermədən sonra prezident Şövkət Mirzəyev ailəsi ilə birlikdə, Daşkənd, Özbəkistan. 4 dekabr, 2016-cı il.

Səidə Mirziyoyeva cəmi bir ay bu vəzifədə çalışan Nərgiz Rəhimovanın yerinə təyin olunub. 35 yaşlı Nərgiz Rəhimova o vaxt Facebook-da "Azadlıq" radiosunun səhifəsində müsəlmanlar arasında çoxarvadlı nigaha dair şərh yazdıqdan sonra internetdə tənqid edilib. Bundan sonra ictimai şəbəkədə Rəhimovanın əleyhinə onlarla şərh, video mesajlar və ərizələr yer alıb. Bəzi istifadəçilər onu ölümlə təhdid ediblər. Onun həyat yoldaşı və dörd uşağına qarşı da təhdidlər ünvanlanıb. Bir neçə gün sonra Rəhimova təhlükəsizliyi hədələndiyi üçün məcburi məzuniyyətə göndərilib.

Daha öncə mediada dövlət başçısının kiçik qızı Şahnozanın Məktəbəqədər Təhsil Nazirliyində şöbə müdiri olduğu barədə məlumat yer alıb. Özbəkistan prezidentinin rəsmi tərcümeyi-halında onun evli olduğu, iki qızı, bir oğlu və beş nəvəsinin olduğu bildirilir.

XS
SM
MD
LG