Accessibility links

Üçüncü partiya namizədləri demokratlar üçün narahatlıq doğurur


Üçüncü partiya namizədləri demokratlar üçün narahatlıq doğurur
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Üçüncü partiya namizədləri demokratlar üçün narahatlıq doğurur

Starbucks-ın sabiq icraçı rəhbəri Hovard Şultsun 2020-ci il president seçkilərinə müstəqil olaraq namizədliyini irəli sürməsi demokratlar arasında təşvişlə qarşılanır. Demokratlar müstəqil mərkəzçi namizədin onların 2020-ci il namizədlərindən potensial səslər qoparacağından və prezident Donald Trampa ikinci dönəmə seçilməyə kömək edəcəyindən narahatdır.

Starbucks-ın sabiq icraçı rəhbəri, milyarder Hovard Şults 2020-ci ildə müstəqil namizəd kimi ABŞ-ın prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırdığını açıqlayıb.

"Bizim bu sistemi dəyişməyimiz lazımdır, çünki bu insanlar yalnız öz maraqları çərçivəsində və öz ideologiyalarında maraqlıdırlar. Biz bir olsaq daha yaxşısını edə bilərik, artıq dəyişiklik zamanıdır”, Hovard Şults, Starbucks-ın sabiq icraçı rəhbəri.

Lakin Şults müstəqil namizədin Trampın yenidən seçilməyini əmin edəcəyindən narahat olan Demokratlar tərəfindən təzyiqlərə məruz qalıb.

Şults düşünüb-daşınırkən Kaliforniyalı senator Kamala Harris də daxil olmaqla bir neçə Demokrat artıq namizədliklərini irəli sürüb.

"Biz buraya Amerika xəyalımızın və Amerika demokratiyamızın indiyədək olmadığı dərəcədə hücum altında olduğu üçün gəlmişik", demokratik namizəd Kamala Harris.

Təhlilçi Elain Kamarkın fikrincə, Demokratların Şultsun mümkün namizədliyi üzrə narahatlığına əsas var.

"Ölkə heç vaxt hökümətdə olmamış milyarderə şans verdi və bu o qədər də yaxşı deyil. Fikrimcə biz bunu bir də etmək niyyətində deyilik", təhlilçi Elain Kamark.

Prezidentliyə müstəqil namizədlər onilliklər ərzində prezident kampaniyalarına rəngarənglik qatıblar. 1968-ci ildə Corc Uallasdan 1980-ci ildəki Con Andersona və ya 1992-ci ildə səslərin 19 faizini toplamış Ross Peroya qədər.

"Siz Vaşinqtondan olan höküməti istəyirsiz, ya sizlərdən olan birini?”, Ross Perot, 1992-ci il prezidentliyinə namizəd.

İstehlakçı maraqları müdafiəçisi Ralf Nader və Yaşıllar Partiyasından namizədi Jill Stein də müstəqil namizədliklərini veriblər.

Tarixçi Doris Kearns Qudvinin sözlərinə görə, siyasətdəki qütbləşməni nəzərə alsaq, seçicilərin əksəriyyəti daha mötədil səsə ehtiyac duyur.

"Fikrimcə, burada bizim lövbərlərimizi itirib-itirməməyimiz sualı var. Bir partiyanın digərini insan olaraq görə bilməsi sualı var", tarixçi Doris Kearns Qudvin.

Təhlilçi Larri Sabatonun fikrincə, növbəti ilə baxsaq, bir çox Demokratlar üçüncü tərəf namizədlərə yayınan seçicilərə şübhə ilə yanaşır.

"Çox şey ondan asılıdır ki, Demokratlar qalibiyyət üçün lazımi, bütün Demokratları özünə çəkəcək və Seçki Elektoratındakı hətta cüzi dəyişiklik edə biləcək namizəd seçsinlər”, təhlilçi Lari Sabato.

Hovard Şults namizədliyini irəli sürsə də, sürməsə də, 2020-ci il prezident seçkiləri kampaniyası öz səs-küyü, enejisi və izdihamı ilə prezidentlik uğrunda yarışın maraqlı olacağını vəd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG