Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib ki, tələbələrdən biri zəhərlənmədən ölüb, ikisinin vəziyyəti isə ağır-stabil qiymətləndirilir. Onalrın müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.
Bundan öncə də ölkənin müxtəlif regionlarında qidadan kütləvi zəhərlənmələr qeydə alınıb. Bu hallar adətən şənliklər zamanı baş verib.
Tələbələrin zəhərlənməsi sosial şəbkələrdə müzakirələrə yol açıb, qidaının keyfiyyətinə nəzarət edən hökumət qurumları tənqid edilib.
Fakt üzrə cinayət işi başlanıb
Bakı şəhər Prokurorluğu fakta görə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb.
Bakı şəhər Prokurorluğunun məlumatında deyilir ki, tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
“Hazırda iş üzrə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir,” prokurorluq bildirir.
Eyyub Hüseynov: Qida təhlükəsizliyi qanunu deyil, maddə kütləsinin itməməsi qanunu hökm sürür
İstehlakçıların Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Eyyub Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib ki, ölkədə bir qayda olaraq zəhərlənmə halları ilə bağlı faktlar gizlədilir.
“Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada ən az qida zəhərlənmələri Azərbaycanda qeydə alıbıb. Bunun səbəbi odur ki, ölkədə illər boyu maraqlar konflikti olub. Mən 22 ildir istehlakçı hüquqlarını qoruyuram, amma bir dəfə də şahidi omamışam ki, qidadan zəhərlənən insanların hüquqları qorunsun, onlara hansısa kompensasiya verilsin və ya bir məhkəmə çəkişməsi olsun, kimsə həbsə alınsın. Bütün hallarda məsələlər sənaye üsulu ilə isteahsal olunan qidadan kənar olur. Maraqlar odur ki, sənaye üsulu ilə istehsal olunan mallara hökumət orqanları sertifikat verir. Əgər sertifikat verilmiş mallardan zəhərlənmə olarsa, həmin şirkət malları gətirib masanın üzərinə qoyar və deyər ki, bu sertifikatı sən veribsən və keyfiyyətə də sən nəzarətr edirsən!”
Mən 22 ildir istehlakçı hüquqlarını qoruyuram, amma bir dəfə də şahidi omamışam ki, qidadan zəhərlənən insanların hüquqları qorunsun, onlara hansısa kompensasiya verilsin və ya bir məhkəmə çəkişməsi olsun, kimsə həbsə alınsın. Bütün hallarda məsələlər sənaye üsulu ilə isteahsal olunan qidadan kənar olur.Eyyub Hüseynov, ekspert
İstehlakçıların Hüquqlarını Müdafiə Cəmiyyəti hesab edir ki, səlahiyyətlər bölünməlidir. Yəni sertifikat verən orqanla, keyfiyyətə nəzarət edən orqan ayrı olmalıdır.
“Bu qurumlar bir-birinə opponentlik etməlidir. Əgər bir adam mənə desə ki, o nədən zəhərlənib? O zaman deyəcəm ki, siz evdə hazırlanmış yeməkdən zəhərlənə bilərsiniz. İndiyədək zəhərlənməyə sənaye üsulu ilə hazırlanmış bir qida məhsulunun belə səbəb olduğu bildirilməyib. İndiyədək bir dəfə də olsun insanın sənaye üsulu ilə hazırlanmış qidadan zəhərlənməsi barədə həkimlər rəy verməyib. Bu məsələlər tam qaranlıqdır. Qida zəhərlənmələrinin sayını tam azaltmaq üçün Səhiyyə Nazirliyi Ümumdünya Statistikasından qida zəhərlənmələrini gizlədib. Təxminən 25 dəfə az göstərilib. Çünki, Səhiyyə Nazirliyi və Qida Nəzarəti Agentliyi eyni zamanda həm sertifikat verə, həm də qida təhlükəsizliyinə nəzarət edə bilməz. Ona görə bu funksiyalar ayrı-ayrı orqanlar tərəfindən həyata keçirlməlidir.”
Ekspert hesab edir ki, səlahiyyət bölgüsü o zaman olacaq ki, hökumətin istehlakçı hüquqlarının müdafiəsi siyasəti formalaşsın.
“Bu gün vəziyyət belədir. Qida istehsalına, satışına sertifikat verən və qida təhlükəsizliyinə nəzarət edən orqan müəyyən monitorinqlər aparır. İstifadə vaxtı keçmiş qida məhsulları mağazalardan çıxarılaraq bir yerə toplanır və sahibkara qidanı məhv etmək tapşırılır. Əlbəttə, istifadə müddəti keçmiş qida məhsulu məhv edilmir və bu absurddur. Azərbaycanda qidanın təhlükəsizliyi, istehlakçının hüquqlarının müdafiəsi haqqında qanunlar deyil, Lomonosovun maddə kütləsinin itməməsi qanunu hökm sürür. Yəni heç nə itmir, yalnız bir şəkildən başqa şəkilə düşür. Belə ki, istifadə vaxtı keçmiş qida məhsulu məhv edilmir. O məhsul yenidən onu ölkəyə gətirənlərə verilir, üzərindəki istifadə tarixi dəyişdirilir və yenidən satışa qaytarılır. Nəhayət təhlükəli qidaların son ünvanı yenə də istehlakçılar olur.“
Hüseynov bildirir ki, satışdan çıxarılan məhsullar birbaşa poliqona aparılmalı, QHT təmsilçilərinin və medianın gözü qarşısında məhv edilməlidir.
Mən onlara sual verdim ki, hər gün Bakıda 50 mindən çox restoran, kafe insanlara qida hazırlayır. Buna nəzarət mexanizmi varmı?Eyyub Hüseynov, ekspert
Ekspertin fikrincə, ölkədə təhlükəli qida məhsullarının çox olmasının mühüm gösətricilərindən biri də apteklərin sayının ümumi Avropa göstəricisindən 20 dəfə çox olmasıdır.
“Apteklərdə insanrın daim dərman almaq üçün növbələrdə durması da bunu təsdiq edir. Hippokkrat deyib ki, biz nə yeyiriksə oyuq.”
Hüseynovun dediyinə görə, Qida Təhlükəsizliyi Agentliyi çox iş görməlidir.
“Bu agenliyin əsasnaməsi çox mükəmməldir. Bu məqsədlərə çatmaq üçün çox iş görülməlidir. Mən onlara sual verdim ki, hər gün Bakıda 50 mindən çox restoran, kafe insanlara qida hazırlayır. Buna nəzarət mexanizmi varmı? Bəli mexaznizmi yaradılmalıdır. Malların satışdan çıxarılma mexanizmi yaradılmalıdır. Çox təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi həm sertifikat verir, həm də keyfiyyətə nəzarət edir. Məsələn, bu agentlik hansısa bir şadlıq evinə sertifikat veribsə, oarada zəhərlənmə olanda nə etməlidir. Şadlıq evinin rəhbəliyi deyəcək ki, siz fəaliyyət üçün sertifikat veribsiniz? Bu zaman Qida Təhlükəsizliyi agentliyi hansı cavabı verə bilər. Bu səbəbdən də qanunvericiliyə dəyişikliklər edilməlidir,” o qeyd edib.
İlqar Məmmədov: Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının gəlirləri araşdırılmalıdır
ReAL Partiyasının sədri İlqar Məmmədov zəhərlənmə hallarının qarşının alınması üçün nəzarət edən qurumların əməkdaşlarının əmək haqqlarının qaldırlmasının vacibliyini bildirir.
“Qidadan zəhərlənmə hadisəsi ilə bağlı nələr edilməlidir? Xəbər verilir ki, üç Bakı Dövlət Universiteti tələbəsi zəhərlənib, biri öldü, ikisi xəstəxanada komada yatır.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının maaşı dərhal elə səviyyəyə qaldırılmalıdır ki, onlardan rüşvətsiz iş tələb oluna bilinsin.İlqar Məmmədov, ReAL Partiyasının sədri
Birincisi, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının gəlirləri araşdırılmalıdır. Hamısının, bir-bir. Onlar çoxdan-çoxu ayda 500-1000 manat zərfsiz maaş alırlar, amma əminəm ki, ailə xərcləri bundan qat-qat çoxdur. Kim öz gəlir və xərclərini izah edə bilmədisə - işdən dərhal qovulsun. Xüsusilə ağır hallarda - həbs.
İkincisi, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının maaşı dərhal elə səviyyəyə qaldırılmalıdır ki, onlardan rüşvətsiz iş tələb oluna bilinsin. Lap istəyir Milli Məclis üzvü qədər maaş verilsin onlara - peşəkarcasına və saf yerinə yetiriləcək işə görə.
Daha geniş islahatlara başlamazdan əvvəl ya da onlarla yanaşı bu iki addım mütləq atılmalıdır.
Boş-boş çağırışlarla heç nə düzəlməyəcək. Camaatın maaşını düzəldin və verin,” Məmmədov facebook səhifəsində yazıb.