Accessibility links

Ülvi Həsənli: Repressiv siyasətin qarşısını almaq üçün yetərli alətlərdən istifadə edilmir


Ülvi Həsənli
Ülvi Həsənli

NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Ülvi Həsənli Amerikanın Səsinə müsahibəsində son dövrlərdə siyasi fəalların həbsi və mövcud siyasi durumdan danışıb.

Amerikanın Səsi: İyulun 14-də Azərbaycan ordusunu müdafiə məqsədi ilə keçirilən aksiya zamanı yaranan insidentlə bağlı cinayət işi açılıb və bir çox fəallar həbs olunub. NİDA Vətəndaş Hərəkatının bu həbslərə münasibəti necədir?

Siyasi fəalların həbs olunması siyasi xarakterlidir.

Ülvi Həsənli: Bu həbslər siyasi xarakterlidir. Ümumiyyətlə, o hadisənin kimlər tərəfindən törədilməsi bizim üçün ciddi şübhə altındadır. O hadisələri biz izləyirdik. Biz düşünürük ki, polis Milli Məclisə girənlərin qarşısını ala bilərdi. Amma bu alınmadı və ümumiyyətlə Milli Məclisə hansı qrup girib, kimlər girib bunlar ictimaiyyət üçün bəlli deyil. Hansı dövrdə yaşayırıq? Hər yer kameradır. Hər yer izlənilir. Hökümət bu şübhələri götürmək üçün kamera görüntülərini ictimaiyyətə təqdim edə bilərdi. Amma heç bir görüntü ictimaiyyətə təqdim edilməyib, heç bir inandırıcı faktlar açıqlanmayıb. Ona görə də birinci növbədə o hadisənin özü bizim üçün ciddi şübhəlidir. Buna görə də, üstəlik siyasi fəalların həbs olunması, biz bu qənaətə gəlmişik ki, bunlar siyasi xarakterli həbslərdir.

Ülvi Həsənli: Repressiv siyasətin qarşısını almaq üçün yetərli alətlərdən istifadə edilmir
please wait

No media source currently available

0:00 0:04:17 0:00

Amerikanın Səsi: Sizcə bu hadisələr fonunda həbslər keçirilməsinə səbəb nədir?

Ülvi Həsənli: Görünür ki, Azərbaycan höküməti qisasçılıq hissini kənara qoya bilmir. İlham Əliyevin də bu hadisələrdən sonra dərhal çıxışında həbslərin kimlərə istiqamətlənəcəyinin anonsunu vermişdir. O, AXCP-nin adını tez-tez səsləndirirdi. Görünür ki, Azərbaycan höküməti bu hadisələrdən öz siyasi rəqiblərinə qarşı qrup maraqları üçün istifadə etməyi üstün tutub.

Amerikanın Səsi: Sizcə beynəlxalq ictimaiyyət Azərbaycandakı həbslərə adekvat reaksiya veribmi?

Bir neçə dəfə biz görmüşük ki, Qərb dövlətləri, Avropa İttifaqı, Amerika Azərbaycan hökümətinin həbs siyasətinin qarşısını almaq üçün sərt addımlar atıb. Onlar nəticəsini verib.

Ülvi Həsənli: Biz düşünmürük ki, beynəlxalq ictimaiyyət hələ adekvat reaksiya verib. Çünki bununla bağlı kifayət qədər bəyanatlar gəlməyib. Bəlkə də məsələ hələ çox yenidir. Həbslər davam edir. Amma ümumilikdə biz düşünürük ki, Azərbaycan hakimiyyətinin repressiv siyasətinin qarşısını almaq üçün daha sərt addımlar atmalıdır. Çünki uzun müddətdir hökümət bu repressiv siyasəitini davam etdirir. Bir neçə dəfə biz görmüşük ki, Qərb dövlətləri, Avropa İttifaqı, Amerika Azərbaycan hökümətinin həbs siyasətinin qarşısını almaq üçün bir-iki dəfə sərt addımlar atıb. Onlar nəticəsini verib. Amma təəssüf ki, ümumilikdə hökümətin repressiv siyasətinin qarşısını almaq üçün qərb yetərli alətlərdən istifadə etmir.

Biz düşünürük ki, ən təsirli alət kimi Azərbaycana qarşı `Maqnitski akt` kimi sənəd hazırlanmalıdır. Bununla bağlı yerli hüquq müdafiəçiləri dəfələrlə çağırışlar ediblər. Hətta bununla bağlı müəyyən işlər gedirdi. Azərbaycan hökümətinə sanksiyalar tətbiq olunsa, konkret bəlli şəxslərlə bağlı, hansı ki, repressiyalarda iştirak edirlər, bunların effekti ola bilər. Yerli ictimaiyyət bununla bağlı öz öhdəsinə düşənləri eləyib. Biz düşünürük ki, beynəlxalq ictimaiyyət hökümətə ciddi təsir eləmək üçün öz alətlərindən istifadə etməlidirlər.

Qeyd: Azərbaycan hökuməti ölkədə insanların qanun qarşısında bərabər olduğunu, bütün fundamental insan hüquqlarının tam bərpa edildiyini bəyan edir. Hökumət rəsmiləöri insanların siyasi niradəsinə və tənqidi fikirlərinə görə təqib olunmadını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 130-dan çox insanı siyasi məhbus elan edib. Amnesty İnternational ondan çox insanı vicdan məhbusu kimi tanıyıb.

Bununla yanaşı AXCP son günlərdə çoxsaylı fəallarının siyasi sifarişlə həbsə məhkum edildiyini bildirir. Bu qurumun məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə AXCP-nin 45 nəfər fəalı həbs edilib.

“Onlardan 15 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 10 nəfər hazırda inzibati həbsdədir, 10 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə hazırda AXCP-nin 35 fəalı siyasi sifarişlə həbsədədir,” məlumatda qeyd edilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirilən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib.

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG