Accessibility links

ÜST-nin pandemiya ilə bağlı özəl qeydləri aşkar edilib


Həm koronavirusun yenidən baş qaldırdığı, həm də islahatlar üçün güclü təzyiqlər altında olan Ümumdünya Səhiyyə Təşkilatı yeni seçilmiş prezident Co Baydenin Vaşinqtonun ABŞ-ın bu səhiyyə qurumunu tərk etməsi qərarını ləğv edəcəyinə ümid edir.

Pandemiyanın yayılmasının ilk günlərində Ümumdünya Səhiyyə Təşkilatı özəl bir toplantıda bir sıra ölkənin pandemiya ilə mübarizəsəyləri kəskin şəkildə tənqid edilib. Lakin təşkilat bu ölkələriin ölçülərini ictimaiyyət arasında müsbət adldndırıb. Bu, Associated Press agentliyinin əldə etdiyi qeydlərdə deyilib.

Bayden prezident Donald Trampın iyun ayında Ümumdünya Səhiyyə Təşkilatına maliyyəni dayandıracağı və ABŞ-i təşkilatdan çıxaracağına dair qərarını ləğv edəcəyinə söz verib. Təşkilat eləcə də üzv ölkələrin pandemiya ilə mübarizə üçün müstəqil bir qrup yaradılması tələbi ilə də razılaşıb. ÜST-ün baş direktoru Tedros Adhanom Qibreyesus bazar ertəsi agentliyi "gücləndirmək üçün bütün cəhdləri" alqışladığını deyib.

Ümumdünya Səhiyyə Təşkilatını çıxılmaz vəziyyətə salan məsələlərdən biri də onun ölkələr daxilində müstəqil araşdırma aparmaq üçün heç bir səlahiyyətə sahib olmamasıdır. Buna gprə də bu qurum pərdəarxası danışıqlara və üzv dövlətlərin əməkdaşlığına güvənir.

Tənqidçilər ÜST-ün üzv ölkələrlə konfrontasiyaya getməməsinin ona baha başa gəldiyini deyirlər. Associated Press tərəfindən əldə edilən sənədlərə görə, COVID-19 yayılmağa başlayandan bəri Yaponiya, Fransa və Britaniya kimi böyük donorlar dəfələrlə səhvlərə yol verib.

Səhiyyə üzrə bəzi ekspertlər isə ÜST-ün öz nüfuzunu göstərməməsinın epidemiyanın yayılmasına sərt siyasəti yürüdən ölkələrə etimad göstərməsi virusun qarşısını almaq səylərini təhlükə qarşısında qoyduğunu deyir.

Şərhlərə bax

XS
SM
MD
LG