Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı: 100 ölkə koronavirusa yoluxma haqda məlumat verib


Ümumdünya Səhiyyə Təşkilatı bazar günü dünyanın artıq 100 ölkəsində koronavirusa 100 mindən çox yoluxma hallarının olduğu haqda məlumat verildiyini bildirib.

"Vəiyyət çox ciddi olsa da, bu, bizi ruhdan salmamalıdır" – deyə, dedi Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Hər kəsin hər yerdə edə biləcəyi çox şey var", o əlavə edib.

Tedros İtaliyanın "koronavirusun yayılmasının qarşısının alınması və ölkənin müdafiəsinə yönəlmiş cəsarətli addımlar atmasına” yüksək qiymət verib. O, Ümumdünya Səhiyyə Təşkilatının İtaliya ilə həmrəy olduğunu və ölkəi dəstəkləməyə davam etdiyini deyib.

İtaliyada koronavirusa qarşı mübarizə çərçivəsində ölkənin şimalında 16 milyon insanın yaşadığı bölgə karantinə alınıb.

İtaliya Çindən sonra koronavirusa yoluxma nəticəsində ən çox insanın öldüyü ölkədir. Bazar günü axşam İtaliyada koronavirusa 7,375 yoluxma halı və 366 ölüm hadisəsi qeydə alınıb.

ABŞ-da koronavirusa yoluxşma nəticəsində azı 19 ölüm halı təsdiqlənib. Prezident Donald Trump Twitter səhifəsində Ağ Evin koronavirusa qarşı “koordinasiya edilmiş mükəmməl plan hazırladığını” yazıb.


"Koronavirusa qarşı Ağ Evdə əlaqələndirilmiş və mükəmməl bir planımız var. Biz müəyyən bölgələrdə sərhədləri bağlamaq üçün çox tez hərəkətə keçdik. Vitse-prezident əla işləyir. Saxta xəbər mediası bizim pis görünməyimiz üçün əlindən gələni edir. Kədərlidir! "

ABŞ-ın baş cərrahı Cerome Adams CNN tele kanalına müsahibəsində bildirib ki, bazar ertəsinə qədər iki milyondan artıq test avadanlığının hazır olacağı gözlənlir.

Nyu-Yorkda virusa yoluxanların sayı 109-a çatıb. Ştatda fövqəladə vəziyyət elan edilib.

Fransada virusa yoluxanların sayının 1126 nəfər, həyatını itirənlərin sayının isə 19 olduğu bildirilir. Almaniyada 795, İspaniyada 441, İngiltərədə 209, Hollandiyada isə 188 nəfər koronavirusa yoluxub.

Misirdə virus səbəbindən bir Almaniya vətəndaşının öldüyü bildirilir. Bu, Almaniyanın koronavirusa yoluxma nəticəsində ilk ölüm halıdır.

Səudiyyə Ərəbistanında Əl-Kadi bölgəsində koronavirus səbəbi ilə müvəqqəti karantin tətbiq edildiyi açıqlanıb.

Bolqarıstan, Kosta Rika, Kolumbiya, Malta, Maldiv adaları, Paraqvay koronavirusa ilk yoluxma hallarını təsdiq edib.

Şərhlərə bax

XS
SM
MD
LG