Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-un hələ də dünya boyu yayılmaqda davam etdiyini bildirir


Ümumdünya Səhiyyə Təşkilatı ölkələrin karantin və digər məhdudiyyətləri yüngülləşdirməyə başlamasına baxmayaraq, koronavirus pandemiyasının hələ də yayılmaqda davam etdiyini bildirib.

"Epidemiya bir sıra böyük ölkələrdə artıq zirvə nöqtəsinə atıb, ya da zirvəyə doğru irəliləyir", Ümumdünya Səhiyyə Təşkilatınln fövqəladə hallar üzrə baş mütəxəssisi doktor Maykl Rayan deyb.

Almaniya, Cənubi Afrika və Hindistan da daxil olmaqla, hər gün təxminən 15 min COVID-19-a yoluxma halı barədə məlumat verən bir neçə ölkə karantinin tətbiqini yenidən nəzərdən keçirir və yeni halların müalicəsi üçün hazırlıqlar görür.

Entoni Fauci
Entoni Fauci

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, dünyada ilk 1 milyon yoluxma halı 3 ay müddətində təsdiqləndiyi halda, daha 1 milyon yoluxma halı 8 gün ərzində təsdiq edilib.

"İndi qarşılaşdığımız ən böyük təhlükə virusun özü deyil, qlobal həmrəyliyin və qlobal liderliyin olmamasıdır", Tedros nailiyyət əldə edə bilməyən hər hansı bir ölkənin və ya liderin adını çəkmədən bildirib.

ABŞ dünya boyu hər iki kateqoriyada liderdir. Prezident Donald Trampın səhiyyə rəsmilərindən testləri azaltmalarını istəməsinə baxmayaraq, ölkənin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, doktor Entoni Fauçi çərşənbə axşamı Konqresdə dinləmə zamanı daha çox test ediləcəyini deyib.

Ağ Evin prezidentin ABŞ-da bu qədər yoluxma halına daha çox test keçirilməsinin səbəb olduğunu dediyi zaman ciddi olmadığını bildirib. Lakin Trump çərşənbə axşamı zarafat etmədiyini bildirib.

Fauçi çox ehtiyatlı nikbinliklə koronavirusa qarşı peyvəndin 2020-ci ilin sonuna qədər hazır ola biləcəyinə inandığını deyib.

XS
SM
MD
LG