Accessibility links

ÜST rəhbəri: Dünya boyu koronavirusa yoluxma hallarının sayı ardıcıl olaraq üçüncü həftədır azalır


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bazar ertəsi bildirdiyinə görə, dünya boyu koronavirusa yeni yoluxma hallarının sayı ardıcıl olaraq üçüncü həftədır azalır.

ÜST-ün Baş Direktoru Tedros Adhanom Gebreyesus agentliyin Cenevrədəki qərargahında müntəzəm olaraq keçirilən brifinqində bir çox ölkələrdə hələ
də yoluxmaların artdığı müşahidə edilsə də, bunun ümidveirici xəbər olduğunu qeyd edib.

Tedros yeni variantların yayılmasına baxmayaraq, virusa nəzarət oluna biləcəyini və sosial məsafə, maska taxılması, gigiyena kimi sübut edilmiş ictimai tədbirlərlə yoluxmaların qarşısının alına biləcəyini deyib.

Bunlarla yanaşı o, dünyanın əvvəllər də bu mərhələdə olduğunu və rahatlanma zamanı olmadığı barədə xəbərdarlıq edib.

"Son bir ildə, demək olar ki, bütün ölkələrdə yoluxma hallarının azaldığı, hökumətlərin məhdudiyyətləri vaxtından əvvəl qaldırdığı vaxtlar oldu və insanların sayıqlığı azaltması nəticəsində virus yenidən geri döndü" - deyə, Tedros bildirib.

Tedros peyvəndlərin dünya boyu tətbiq edilməsinə baxmayaraq, insanların preventiv tədbirləri davam etdirməsinin vacib olduğunu vurğulayıb. O, virusun yayılmasına nəzarət edilməsinin insan həyatlarını xilas etdiyini və yeni variantların ortaya çıxmasının qarşısını aldığını və "bunun peyvəndlərin təsirli qalmasına yardım etdiyini" deyib.

ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan
ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan

Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan brifinq zamanı hazırda virusun mənşəyini araşdıran ÜST-ün alimlərdən ibarət qrupunun səfəri ilə bağlı sualını cavablandırıb.

Şərhçilər çox uzun bir zamandan sonra və Çinin təhqiqatla tərəddüd edərək əməkdaşlığını nəzərə alaraq, tədqiqatçıların nə isə aşkar edə biləcəyi məsələsi il bağlı şübhələrini bildirib.

Rayan tədqiqat komandasından və ya fərqli nəticələri olan başqa kəşfiyyat məlumatlarının ola biləcəyini deyənlərlə razılaşmadığını bildirib.

”Heç bir ölkə ÜST-ə heç bir sənəd, kəşfiyyat məlumatı və ya başqa infortmasiya təqdim etməyib. Biz orada bunun üzərində işləyirik. Cavab tapmaq üçün 10 ölkənin mütəxəssisləri ilə birlikdə işləyirik. Cavablarınız varsa, cavablarınız olduğunu düşünürsünüzsə, bizə bildirin”, Rayan deyib.

Rayan hazırda Çində bu sahədə işləyən komandanın yalnız
Ümumdünya Səhiyyə Təşkilatını deyil, dünya ictimaiyyətini təmsil etdiyini və dəstəyə layiq olduğunu bildirib.

XS
SM
MD
LG