Accessibility links

Az qidalanan minlərlə uşaq COVID-19 böhranında ölə bilər


Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri çərşənbə günü bildirib ki, hər ay dünya boyu kifayət qədər qidalanmayan 10,000-dən çox uşaq COVID-19 pandemiyası üzündən ölə bilər.

Tedros Adhanom Gebreyesus BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) konfransında pandemiya səbəbindən bu il əsasən Səhraaltı Afrika və Cənubi Asiyada uşaqlar arasında 14 faiz və ya 6.7 milyon insanın qida çatışmazlığı səbəbindən əziyyət çəkəcəyini deyib.

"Biz kasıblar ac qalarkən zənginlərin sağlam qıdalandığı, zənginlər evdə qala bilərkən, yoxsulların məcburi işə getdiyi bir dünyanı qəbul edə bilmərik," Gebreyesus bildirib.

Gebreyesus onu da əlavə edib ki, pandemiyanın iqtisadiyyatı böhrana uğratmasından sonra hökumətlər sağlam ərzaq ishehsalı sahəsində özəl sektor və vətəndaş cəmiyyəti ilə iş aparmalı və zərərli qida istehsalçıları üçün subsidiyalara son qoyulmalıdır.

O, ölkələrin uşaqlaqın qida proqramlarını genişləndirərsə, zərərli qidaların marketinqini azaldarsa və daha yaxşı qida seçimini təmin etmək üçün istehlakçılar arasında vergi siyasətindən istifadə edərsə, milyonlarla insanın həyatını xilas edə biləcəyini deyib.

"COVID-19 bizə həyatın kövrək, sağlamlığın qiymətli olduğunu və sağlam pəhrizə yalnız varlılar deyil, hər bir insanın haqqı olduğunu xatırlatdı," o bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG