Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF Azərbaycan hökumətini məktəbləri açmağa çağırıb


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF Azərbaycan hakimiyyətini daha yüksək təhlükəsizlik tədbirlərini təmin edərək məktəbləri açıq saxlamağa çağırıb.

Bu təşkilatların birgə məlumatında müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi, sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə şagird sayının azaldılması, fiziki məsafənin gözlənilməsi, məktəb əməkdaşlarının virusa qarşı müntəzəm yoxlanılması və valideynlərin təhlükəsizlik tədbirləri haqda davamlı məlumatlandırılması zərurəti qeyd edilir.

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı hesab edir ki, məktəblərin bağlanmasının uzunmüddətli mənfi nəticələri var.

“ÜST ölkələri, o cümlədən Azərbaycanı COVID-19-un müxtəlif ştamlarının yayılması riskini minimuma endirərək, məktəbləri açıq saxlamağa çağırır”.

Öz növbəsində, UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens qeyd edib ki, məktəblərin bağlanması uşaqlara ciddi mənfi təsir göstərir.

“Uşaqlar və gənclər təhsilin daha bir il uzadılması riskinə məruz qalmamalıdır,”o qeyd edib və təhlükəsizliyi təmin edərək, sentyabrın 15-dən məktəbləri açmağa çağırıb

Azərbaycan Dövlət Statistika Komitəsinin 2021-ci ilin martında yaydığı məlumata görə, ölkədə 1840 məktəbəqədər təhsil müəsissəsində, 4422 ümumtəhsil məktəbində uşaqlar təhsil alır. Uşaqların təhsili ilə 153 min müəllim məşğuldur.

Koronavirus pandemiyası dövründə təhsil müəssisələrində tədris distant qaydada aparılıb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG