Accessibility links

Ümumi təhsil müəssislərinin 220 min işçisindən 138 mini vaksinasiya olunub


Azərbaycanda indiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfəri hər iki dozada vaksin olunub.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, bu günədək ümumi təhsil müəssisələri işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb:

"Onlardan immuniteti olanlar 16 500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə 42 min nəfərdən çoxdur. Vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır. İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək," o qeyd edib.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 932 min 734, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 526 min 467, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 406 min 267 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Bu il ərzində əksər məktəblər koronavirus səbəbindən tədrisi distant formada davam etdirib. 2021/2022-ci dərs ilində tədrisin ənənəvi və ya distant formada olacağı hələ bəlli deyil. Son günlər koronavirusa yoluxma halları dəfələrlə artıb və artım davam etməkdədir. Ölkədə sentyabrın 1-dək karantin rejimi davam edəcək.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG