Accessibility links

ÜST Çinin Sinopharm COVID-19 peyvəndini təcili istifadə üçün təsdiqləyib


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü Çin höküməti tərəfindən istehsal olunan Sinopharm COVID-19 peyvəndini təcili istifadə üçün təsdiqləyib. Bu da Pekinin dünyanı vaksinləməkdə daha böyük rol oynamaq istəyinə təkan verib.

Sinopharm Çində hazırlanan və dünyada yüz milyonlarla insana artıq tətbiq olunan iki COVID-19 peyvəndindən biridir və ÜST-dən dəstək alan və Qərb dövlətləri tərfindən hazırlanmayan ilk vaksindir.

Bu həmçinin ilk dəfədir ki, ÜST hər hansı bir yoluxucu xəstəlik üçün Çin tərəfindən hazırlanan peyvəndin təcili istifadəsi üçün təsdiq verib.

Bu həftənin əvvəlində ÜST-nın fərqli mütəxəssisləri şirkətin peyvəndin mümükün yan təsirləri barədə verdiyi məlumatların keyfiyyətindən narahat olduqlarını bildiriblər.

Təşkilatın bu təsdiqi digər ölkələrin milli tənzimləyicilərinə məhsulun təhlükəsiz və təsirli olduğuna dair bir siqnaldır.

Digər tərəfdən bu, vaksinin tədarük problemi ilə üzləşən və yoxsul ölkələrə peyvənd təmin etmək üçün qlobal proqram olan COVAX-a daxil olmasına imkan verir.

"Bu COVAX-ın ala biləcəyi COVID-19 peyvəndi siyahısını genişləndirir, ölkələrə vaksini tənzimləmə orqanları tərəfindən təsdiqlənməsini sürətləndirməyə və peyvəndi idxal edib, tətbiq etməyə inam verir" deyə Baş Direktor Tedros Adhanom mətbuat konfransı zamanı bildirib.

Bu günə qədər ÜST artıq Pfizer-BioNTech, AstraZeneca, Johnson & Johnson və Moderna tərəfindən hazırlanmış COVID-19 peyvəndlərini təcili istifadə üçün təsdiqləyib.

Sinopharm peyvəndinin təsdiqlənməsi qərarı ÜST-nın texniki məsləhət qrupu tərəfindən qəbul edilib. Qrup 26 aprel tarixində son klinik məlumatları və Sinopharm-ın istehsalat təcrübələrini nəzərdən keçirmək üçün toplaşmışdı.

XS
SM
MD
LG